Icma.az
close
up
RU
Yanacaqdoldurma məntəqələrində sürücülər aldadılırsa, hansı addımı atmalıdırlar? ARAŞDIRMA

Yanacaqdoldurma məntəqələrində sürücülər aldadılırsa, hansı addımı atmalıdırlar? ARAŞDIRMA

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

“Azpetrol”a məxsus yanacaqdoldurma məntəqələrinin birində yaranan qalmaqalla bağlı görüntülər sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Belə ki, avtomobilinin yanacaq çəninin 74 litr həcmi olduğunu deyən sürücü bildirib ki, onun avtomobilinə 79 litrlik yanacaq doldurulub. Sürücü yanacağın 5 litrinin hava olduğunu iddia edib.

Pravda.az bu məsələ üzərindən yanacaqdoldurma məntəqələrində yaşanan problemləri araşdırıb. 

Məlum olub ki, son bir neçə ildə bu sahədə sürücülərin şikayətləri pik həddə çatıb, xeyli sayda istehlakçının hüquqları pozulub. Belə ki, aidiyyatı orqanların təkcə 2024-cü il üzrə verdikləri statistikaya görə, ölkə üzrə yanacaqdoldurma məntəqələri barədə daxil olan şikayətlər arasında yanacaq çəninin tutumuna və ya ödənilən məbləğə uyğun olmayan həcmdə yanacağın çənə vurulması, yanacağın keyfiyyəti barədə şikayətlər daha çox olub. Ən az şikayət isə məntəqədə məlumatlandırıcı lövhələrin yerləşdirilməsi ilə bağlı olub. Adı şikayətlər arasında ən çox hallanan “Lukoil”, “Azpetrol”, “ABU Petrol”, “Merd Petrol”, “İST PETROL”, “SOCAR”a məxsus yanacaqdoldurma məntəqələridir. 

Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, sosial şəbəkələrdə sürüclərin yanacaqdoldurma məntəqələrində aladadılmaları barədə məlumatları oxuyur: 


“Bizə də sürücülərin aldadılmaları barədə mütəmadi məlumatlar daxil olur. Yanacaqdoldurma məntəqələrinin sahiblərindən bunu ummaq çətindir, çünki onlara dəfələrlə müraciətlər olunub. Görünür, bu işin bir az düzəlməsinə kömək etmək istəyiriksə, çalışmalıyıq ki, aldadılan şəxslər aidiyyatı müvafiq orqanlara məlumat etsinlər. Həmin videoları sosial şəbəkələrdə paylaşmaqla nə olur? Əlbəttə, sosial şəbəkələrdə qoyulan məlumatları da hüquq-mühafizə orqanları nəzərə almalı, araşdırmalıdırlar. Qanuna əsasən, mediada yayılan məlumatlar araşdırılmalıdır. Biz sosial medianı mediadan ayırırıq, amma hər bir halda şikayətlər var. Ümumiyyətlə, çalışmalıyıq ki, ədalət bərqərar edilsin, düzgünlük olsun. Hər kəs bu işə kömək payını verməlidir. Yoxsa kim tədbir görəcək? Yanacaqdoldurma məntəqələri arasında dövlət hesabına olanlar da, sahibkarlara məxsus olanlar da var. Dəfələrlə müraciət etməklə məsələ həllini tapmır. Ancaq hüquq təqibi məsələsi ortada olmalıdır. Yenə də tövsiyə edirəm ki, problemlə üzləşənlər aidiyyatı orqanlara müraciət etsinlər”. 

Azad İstehlakçılar İctimai Brirliyinin sədri Eyyub Hüseynov isə deyib ki, istehlakçıların aldadılması sahəsində yanacaqdoldurma məntəqələrini mobil telefon şəbəkələri ilə müqayisə oluna bilər: 

“Yəni burada istehlakçının məlumat almaq hüququ son dərəcə aşağı səviyyədədir. Bir çox kommersiya qurumlarında və dövlət orqanlarında İctimai Şuralar yaradılıb. Yanacaqdoldurma məntəqələri isə heç biri İctimai Şura yaratmayıb, burada ictimai nəzarət yoxdur. İstehlakçıya az yanacaq vurulması keyfiyyətsiz yanacaq vurulmasının üzərindədir. Ən yaxşı ekspertiza elə ictimai rəydir. Bir neçə il öncə vətəndaş “Lukoil" şirkətindən AİİB-yə şikayət edərək bizə “Azpetrol”da baş verən hadisəyə bənzər yazılı şikayət gətirdi. O da avtomobilinin çəninin həcmindən artıq yanacaq vurulması barədə sənədləri təqdim etdi. Biz onun hüququnu müdafiə etmək üçün işlər apardıq, hətta "Lukoil" şirkəti AİİB-ni məhkəməyə vermək qərarına gəldi. Bu barədə Rusiya mətbuatı da yazdı. Bir neçə deputat AİİB-ni dəstəkləyən çıxışlar etdi. Lakin nədənsə şikayətçi şəxs geri çəkildi, şikayətinin arxasında durmadı. Görünür, "Lukoil"lə asan kompromisə gəldilər. AİİB-yə bütün yanacaqdoldurma məntəqələrindən, o cümlədən "Lukoil"dən hələ də şikayətlər gəlir. İstehlakçı fiksə olunmuş lazımi sənədləri gətirsə, biz məsələni həm ictimailəşdirərik, həm də dövlət orqanları qarşısında məsələ qaldırarıq. Bu sahəyə nəzarət edən heç bir ictimai baxış yoxdur və ictimai nəzarət olmayan yerdə həmişə qanun pozuntusu ola bilər,  istehlakçılar aldadıla bilərlər”. 

Eyyub Hüseynov 3 mart tarixində Milli Məclisdə müzakirə olunan Ombudsman Aparatının illik məruzəsini də tənqid edib: “Təsadüfi deyil ki, 101 səhifəlik sənəddə 1 dəfə də olsun “istehlakçı” sözünün çəkilmədiyi barədə çıxış etdim. Məruzədə istehlakçı hüquqları insan hüquqlarının tərkib hissəsi kimi görünmədi. Bildirdim ki, təkcə 10 gün ərzində 18 nəfərə yaxın adam zəhərlənmədən dünyasını dəyişib. Eyvandan bir kərpic düşəndə, kimsə 1 saat aclıq edəndə “insan hüququ” olur, amma insanlar ölür, aldadılır, bu isə ombudsmanın hesabatına salınmır. Belə bir ciddi vəziyyətin mövcud olmasının səbəbi də 1995-ci ildə qəbul olunan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunundur. Həmin vaxtdan bəri bazar da, həyat da dəyişib, rəqəmsal dünyaya keçmişik. Qanun isə dəyişməz olaraq qalıb. Çox yaxşı haldır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı, Elnur Bağırov rəis təyin olundu. Pravda.az vasitəsi ilə Elnur Bağırova müraciət edirik ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun dəyişməsi üçün iş görsün, ictimai təşkilatlarla, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıqla işləsin. Çünki xüsusilə yanacaqdoldurma məntəqələrində keyfiyyətdə, miqdarda aldatma problemi yaşanır”. 

“Nota Bene Consulting” MMC-nin direktoru, vəkil Roman Qaraşov isə problemin hüquqi tərəflərini izah edərək deyib ki, yanacaqdoldurma məntəqələrində yanacağın ölçüsünün düzgün olub-olmaması ilə bağlı məsuliyyət sahibkarın üzərinə düşür: 

 
 “Yəni həmin yanacaqdoldurma məntəqəsi hansı fiziki şəxsə və ya şirkətə aiddirsə, buna görə birbaşa məsuliyyət daşıyır. Yanacağın miqdarının düzgün ölçülüb-ölçüməməsi məsələsində problem yaranmaması üçün ölçü alətləri vaxtaşırı metroloji yoxlamadan keçməlidir. Cihazlar müəyyən müddət ərzində istismar olandan sonra ölçüdə uyğunsuzluq yarana bilər. Bunun texniki səbəblərdən, yaxud cihazlara vaxtında qulluq edilməməsi səbəbindən, eyni zamadan qəsdən baş verməsi mümkündür. Nəticədən asılı olmayaraq yanacaq deyilən ölçüdə sürücüyə satılmırsa, İnzibati Xətalar Məcəlləsində göstərilir ki, qanunun 447-ci - istehlakçıların ölçüdə, çəkidə aldadılması maddəsinə əsasən, bu halda sahibkarlar 4 min manatdan 6 min manata qədər cərimə oluna bilərlər. Eyni zamanda sahibkarlar cihazları vaxtaşırı yoxlamadan keçirməyə, metroloji nəzarəti düzgü təşkil etməyə borcludurlar”. 

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see176

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see120

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see118

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see114

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see113

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see112

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see112

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri