Icma.az
close
up
RU
Yanğında zərər görən sahibkar: Sığorta edə bilmədik, peşman olduq

Yanğında zərər görən sahibkar: Sığorta edə bilmədik, peşman olduq

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Obyektin sığortalanması üçün özəl sığorta şirkətlərini dəvət etsək də, nəticə alınmadı".

Bunu Oxu.Az-a açıqlamasında Bakının Nəsimi rayonu, Nizami küçəsində baş vermiş yanğın zamanı obyektinə zərər dəymiş sahibkar Abdullah Qorxmaz deyib.

Onun sözlərinə görə, obyektin sığortalanması üçün bir neçə dəfə sığorta şirkətlərini çağırıblar, lakin cəhdlər uğursuz olub. O, səbəb kimi isə sığorta nümayəndələrinin istehsal edilən məhsullar barədə məlumatsız olmalarını göstərib:

"Biz burada üç ildir fəaliyyət göstəririk. Havalandırma sistemləri istehsal edirik. Sığorta şirkətindən gələnlərə maşınları göstərir, qiymətlərini deyirdik, yazıb gedirdilər. Amma anlayışları olmadığı üçün özləri dəyər çıxara bilmirdilər. Sonra da bu məsələ diqqətimizdən yayındı. Hadisə baş verəndən sonra adam laqeydliyinə görə peşman olur".

Yanğının baş verdiyi anı xatırlayan sahibkar deyib ki, ona sexdə çalışanlar damdan tüstü çıxdığı barədə xəbər veriblər:

"Mən bura çatanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq gəlmişdilər".

Abdullah Qorxmazın sözlərinə görə, sexdə həm qida məhsulları, həm də elektronika avadanlıqları hazırlanırdı:

"Yanmasa da, məhsullar hazırda suyun altındadır. İslandıqdan sonra isə paslanır, sıradan çıxır. Burada bizim bütün həyatımız yandı", - deyə o bildirib.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri