Bavariya yayda alınmayan transferi yenidən gündəmə gətirib
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bavariya" "Porto"nun cinah oyunçusu Oskar Pituşevski ilə maraqlanır və hətta ötən yay 18 yaşlı futbolçunun müqaviləsində göstərilən 60 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazır idi. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə əsasən, mümkün transferlə bağlı danışıqlar artıq başlayıb. Yayda Münhen klubu sol cinahı gücləndirmək üçün iki namizəd müəyyənləşdirmişdi: Pituşevski və Entoni Qordon. Sonda ingilis futbolçu "Barselona"ya keçməyə qərar verdi, polşalı oyunçu ilə bağlı transfer planı isə təxirə salındı. Buna səbəb, gözləniləndən daha ciddi çıxan və futbolçunun mövsümöncəsi hazırlıq dövrünü tam keçirməsinə mane olan zədə idi.
Buna baxmayaraq, "Bavariya"nın Pituşevskiyə olan marağı hələ də qalır. Almaniya klubunun nümayəndələri Çempionlar Liqası çərçivəsində keçirilən "Porto" – "Napoli" matçını izləyiblər.
18 yaşlı cinah oyunçusunun hazırkı əsas məqsədi fiziki formasını tam bərpa etmək və mövsümün ikinci yarısında mütəmadi olaraq oyun praktikası qazanmaqdır.
Qeyd edək ki, polşalı futbolçu cari mövsümdə 4 oyunda meydana çıxıb və 1 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Noyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















