Icma.az
close
up
RU
Yango Biznes üçün gedişlər korporativ səfərlər və çatdırılma artıq bir hesabda FOTO

Yango Biznes üçün gedişlər korporativ səfərlər və çatdırılma artıq bir hesabda FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Avqustun 25-i 2025-ci ildən etibarən Bakıda korporativ müştərilər çatdırılma və səfərləri vahid Yango Biznes üçün gedişlər biznes hesabı vasitəsilə sifariş edə bilərlər.

Avtosfer.az xəbər verir ki, əməkdaşların səfərlərini və göndərmələrin logistikasını "vahid pəncərə"də birləşdirən bu həll həm əməliyyat yükünü azaltmağa, həm də xərclərə nəzarəti asanlaşdırmağa imkan verir.
“Biz korporativ müştərilərə səyahətləri və çatdırılmanı vahid biznes hesabından idarə etməyə imkan verən yeni funksiya işə salırıq. Əməkdaşlar “Yango” tətbiqində və ya korporativ kabinetdə müəyyən edilmiş limitlər çərçivəsində sifarişlər edəcək, maliyyə hesabatları və analitika isə dərhal biznes hesabında əlçatan olacaq”, - “Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov bildirib.
Biznes üçün imkanlar
Biznes üçün indi 3 çatdırılma növü əlçatandır.
Kuryer ilə - 10 kiloqrama qədər yüklər üçün. Piyada və ya motorlu nəqliyyat vasitələri ilə çatdırılır - sənədlər və kiçik göndərmələr üçün uyğundur. Real zaman rejimində statusu izləmək mümkündür.
Ekspres - 20 kiloqrama qədər yüklər üçün. Çatdırılma təcili göndərmələr üçün avtomobillə kuryer vasitəsilə həyata keçirilir. "A nöqtəsindən B nöqtəsinə" təcili sifarişlər üçün rahatdır. Həmçinin çatdırılmanı onlayn qaydada izləmək mümkündür.
Yük - 1400 kiloqrama qədər ağır yüklər üçün. Böyük ölçülü göndərmələr üçün 3 ölçü (S, M və L) mövcuddur.

S kateqoriyasına maksimum çəkisi 300 kiloqrama qədər, ölçüsü 170x100 sm, hündürlüyü isə 90 sm-dən çox olmayan yüklər daxildir.

Çəkisi 700 kiloqrama qədər, ölçüsü 260x130 sm, hündürlüyü 150 sm olan yükü daşımaq lazım olduqda M kateqoriyasını seçmək lazımdır.
Uzunluğu 380 sm, eni 180 sm-ə qədər olan, hündürlüyü 180 sm-dən çox olmayan yükün daşınması halında isə, maksimum yükgötürmə qabiliyyəti 1400 kiloqram olan L kateqoriyası uyğun gələcək.

İdarəetmə və nəzarət
●     Bütün bağlamaları real zaman rejimində izləmək mümkündür, bu da şirkət menecerlərinə göndərmənin statusunu müəyyən etmək üçün daha az vaxt sərf etməsinə imkan verəcək.
●     Xidmətlərə görə ödəniş korporativ hesabdan həyata keçirilir. Çatdırılma limitlərini səfər limitlərindən ayrı təyin etmək mümkündür ki, bu da rahatlığı artırır.
●     İndi həm səfərlər, həm də yüklərin göndərilməsi vahid kabinetdən idarə olunur. Sifarişləri isə smartfondakı rahat tətbiqdən və ya korporativ kabinetdən etmək mümkündür.
●     Sifarişi əvvəlcədən müəyyən edilmiş vaxtda rəsmiləşdirmək imkanı mövcuddur.
●     Qeydiyyat və korporativ hesabın yaradılması ödənişsizdir.
Biznes səfərlərin və çatdırılmaların bir hesabda birləşdirilməsindən nə əldə edəcək?
●     Əməliyyat vaxtına qənaət
●     Sənəd dövriyyəsinin azaldılması
●     "Vahid pəncərə" prinsipi ilə idarəetmə
İndi əməkdaşların səfərləri və yük daşımaları haqqında razılaşdırmaya və sənədlərin toplanmasına ehtiyacı yoxdur. Bütün sifarişləri “Yango” tətbiqində etmək olar, büdcə və limitlərə nəzarət isə şirkətin korporativ kabinetində real zaman rejimində həyata keçirilir. Çatdırılmalar haqqında hesabatlar səfərlərdən ayrı əlçatan olur, bu da menecment üçün analitikanı asanlaşdırır.


Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan “Yango Azerbaijan” istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik həyatı asanlaşdırmağa imkan verir. “Yango Group” servisləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Kolumbiya kimi ölkələr də daxil olmaqla 30-dan çox ölkədə fəaliyyət göstərir. Azərbaycanda səyahət sifarişi və çatdırılma xidmətləri 2022-ci ildən mövcuddur. 2024-cü ildə “Yango” supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması xidməti, “Market” - ərzaq çatdırılması xidməti və “Yemək” - restoran yeməklərinin çatdırılması xidməti əlavə olunub.
Əlavə məlumat üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri