Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Yankoviç niyə “yandı”?

Yankoviç niyə “yandı”?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu Marko Yankoviçə nə olub, görəsən? Ya yaş özünü göstərir, ya Monteneqro yığmasının dünya çempionatından kənarda qalmasından acıqlıdı, ya da sadəcə, oyunun təzyiqi altından çıxa bilmədi. Hər nəsə, onun “Napoli”yə qarşı oyunu tam bir fiasko idi. Söhbət heç də təkcə ənənəvi ara, “açar” ötürmələrinin sayının azlığından getmir – üç, ya da dörd olardı.

Nədənsə Marko özünü oyunboyu narahat hiss etdi. 54-cü dəqiqəni – penaltiyə səbəb olduğu epizodu bir daha xatırlayaq. Di Lorentsoya mövqe mübarizəsində uduzan monteneqrolu yarımmüdafiəçi çıxış qolunu qaydanı pozmaqda gördü. Hələ utanmadan əli ilə üzünü tutdu. Təbii ki, Di Lorentso ona heç nə etməmişdi, məhlə futbolundan bəri belə bicliklərdən biz də xəbərdarıq, hakimin sənə yazığı gəlsin, penalti verməsin deyə, üzünü tutub yıxılırsan.
Futbolda saç tökmüş, dünya çempionatının finalını idarə etmiş Şimon Marçinyak Markonun “tilovuna düşmədi”, israrla penaltinin vurulmasını istədi. Və Höylunn penaltini vurmağa hazırlaşdığı məqamda Marko komanda yoldaşı Pedro Bikalyo ilə meydandaca münasibətləri aydınlaşdırmağa başladı. Yankoviç penaltinin günahını Bikalyonun üzərinə atır, o isə müqavimət göstərirdi. Yaxşı ki, Bəhlul və başqaları araya girdi, Maradonanın ruhu onun adını daşıyan stadionda əlbəyaxa davanı görmədi. Və yaxşı ki, Koxalski o penaltini dəf etdi, yoxsa “Qarabağ”ın iki legioneri bir daha haqq-hesab çəkəcəkdilər.
Elə 2-ci qolu da Yankoviçin “şah əsəri” saymaq olar. Və söhbət yenə də onun avtoqola səbəbkar olmasından getmir. İmkanınız varsa, oyunun icmalına yenidən baxın. Neres sağ cinahdan cərimə meydançasına daxil oldu, Yankoviç axıra qədər “işləmədi”, onun topu qapı önünə göndərməsinə imkan verdi, ardından Maktominey “qayçı” zərbəsi vurdu, Markoya dəyən top tora düşdü və bununla da oyunun taleyi həll olundu. Halbuki Yankoviç topa toxunmasaydı, Koxalski asanlıqla onu tutacaqdı.
Kəsəsi, Marko bu oyunda özünü də “yandırdı”, “Qarabağ”ı da. Amma onun günahını yumaq, azarkeşlər önündə bəraət qazanmaq üçün vaxtı və imkanı var. Dekabrın 10-da keçiriləcək “Ayaks” ilə oyunu nəzərdə tuturam.
Marko, özünə dön. Sən özünə dönəndə böyük olursan!
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri