Icma.az
close
up
RU
Yanlış ayaqqabı istifadəsi ayaq sağlamlığını təhlükə altına alır

Yanlış ayaqqabı istifadəsi ayaq sağlamlığını təhlükə altına alır

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Yay fəslində açıq və rahat ayaqqabılara maraq artsa da, həkimlər yanlış seçimlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Xüsusilə şəkərli diabet xəstələrinin bu mövsümdə daha diqqətli olmaları vacib hesab olunur.

Qaynarinfo xəbər verir ki, ortopediya və travmatologiya üzrə mütəxəssis cərrah Serkan Akçay isti hava, tərləmə, düzgün ayaqqabı seçilməməsi və çılpaq gəzintinin diabetik ayaqlarda yaraların yaranmasını asanlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, yay aylarında göbələk və infeksiya riski artır və bu dövr şəkərli diabet xəstələri üçün daha həssas olur.

Ayaqların günəşdən qorunmasının əhəmiyyətinə toxunan Akçay bildirib: "Yayda günəş yanığı yaraların əmələ gəlməsinə səbəb ola bilər. Neyropatiya yaşayan xəstələr qum, asfalt və ya daş üzərindəki yanığı hiss etməyə bilərlər. Dərinin quruması və çatlamasının qarşısını almaq üçün kifayət qədər maye qəbul edilməlidir".

Akçay şəkərli diabet xəstələrinə gündəlik olaraq ayaqlarını diqqətlə yoxlamalarını tövsiyə edib:

* Yaralar, qızartı, su yığılması, çat və rəng dəyişikliklərinə nəzarət edilməlidir.

* Ayağın altını görmək üçün güzgüdən istifadə olunmalıdır.

* Ayaqlar ilıq su ilə yuyulmalı, barmaq araları diqqətlə qurudulmalıdır.

* Batıq dırnaq və ya kalluza özbaşına müdaxilə edilməməlidir.

* Çılpaq gəzməkdən çəkinmək, dəniz kənarı və ya hovuz ətrafında diabetik terlik və ya ayaqqabı geyinmək vacibdir.

* əfəs alan, tikişsiz və ortopedik ayaqqabılara üstünlük verilməlidir.

Yeni ayaqqabıların əvvəlcə evdə qısa müddət geyinilməsinin faydalı olduğunu bildirən həkim pambıqdan hazırlanmış, tikişsiz corabların seçilməsini və onların hər gün dəyişdirilməsini tövsiyə edib:

"Yeni yaranın, su yığılmasının, qızartının, şişkinliyin, istilik artımının, irinlənmə və pis qoxunun yaranması halında dərhal həkimə müraciət edilməlidir. Mütəmadi həkim müayinələri və qan şəkərinin izlənməsi həyati əhəmiyyət daşıyır".

Mütəxəssislər hesab edirlər ki, yayda sağlam ayaqlar üçün düzgün ayaqqabı seçimi xüsusi rol oynayır. Tövsiyələrə əməl etməklə ayaq sağlamlığını qorumaq və mövsümü rahat keçirmək mümkündür.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Avqust 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri