Yanvar sentyabr aylarında əlilliyi olan 32300 uşağa reabilitasiya xidmətləri göstərilib
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 32300 uşağa xidmətlər göstərilib.
Onlardan 22100-ü ambulator, 1600-ü stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
M.Kamal
XQ

