Icma.az
close
up
RU
YAP Ağdaş rayon təşkilatı 30 il

YAP Ağdaş rayon təşkilatı 30 il

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edilib. Əvvəlcə partiya fəalları Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzüblər. Həmçinin Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən muzeyə baxış keçirilib.

Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən yubiley tədbirində dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası və rayon təşkilatının fəaliyyəti haqqında hazırlanmış videorolik nümaiş etdirilib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov geniş məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli tarixi yoldan danışıb. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının fəaliyyəti haqqında, təşkilatın 30 il ərzində rayonun ictimai-siyasi həyatında tutduğu mövqedən bəhs edib.

Yubiley tədbirində Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə təbrik niqti ilə çıxış edib, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzu edib.

Digər çıxış edən şəxslər də Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatın fəaliyyətini yüksək qiymətləndirib,  xoş arzu və təbriklərini çatdırıblar.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında yüksək xidmətləri ilə fəqrlənən bir qrup partiya fəalına Fəxri fərman və hədiyyələr, həmçinin partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri