YAP Göygöl rayon təşkilatında tədbir keçirilib FOTOLAR
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatında "Sağlam xalq güclü dövlətin təməlidir" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, MRX-nin baş həkimi Vüsalə Qələndərova və partiya fəalları iştirak ediblər.
Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra Müstəqil Azərbaycan Respublikasının yeni tarixi dövrdə keçdiyi inkişaf yolundan və əldə etdiyi uğurlardan danışıb, ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən, milli maraqlara xidmət edən siyasət yürüdərək dövlətçiliyin inkişafı və xalqın xoşbəxt həyatı üçün əhəmiyyətli işlər gördüyündən söhbət açıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə səhiyyəsində köklü islahatlar aparılıb, yüzlərlə yeni xəstəxana, poliklinika və sanatoriyalar tikilib, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib və hər iki dövr Azərbaycan səhiyyəsinin dirçəliş mərhələsi kimi tarixə düşüb. Qeyd edib ki, bu müdrik xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və səhiyyə sahəsində görülən işlər hər bir azərbaycanlının sağlam gələcəyinə yatırılmış ən böyük sərmayədir.
MRX-nin baş həkimi Vüsalə Qələndərova "Sağlam xalq güclü dövlətin təməlidir" mövzusunda məruzə ilə çıxış edib, digər natiqlərin fikirləri dinlənilib.
Bütün çıxış və nitqlərdə Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq ölkəmizin güçünün, qüdrətinin və beynəlxalq nüfuzunun artmasından, Azərbaycanın dünya dövlətləri sırasında özünəməxsus yer tutmasından, ölkə səhiyyəsinin inkişafından və əldə olunan nailiyyətlərdən bəhs edilib.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 02 İyul 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















