Icma.az
close
up
RU
YAP ın Qurultayı və.... İlham Əliyevdən ustad dərsi!

YAP ın Qurultayı və.... İlham Əliyevdən ustad dərsi!

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnanın, tam səmimi sözümdür: Mən bu yazının üzərində düz 2 gündür, sərasər işləyirəm və onu bitirə bilmirəm. Dəyişirəm, pozuram, növbəti dəfə qələmə alıram, sonra bir də pozuram, sıfırdan başlayıram. Fəqət, yenə alınmır. Heç cür alınmır...

Çün, İlham Əliyev YAP-ın son Qurultayında o qədər möhtəşəm, o qədər ürəklərə su səpən və insanı qürurlandıran bir çıxış etdi ki, onu leksikondakı sözlərlə qarşı tərəfə çatdırmaq, hansısa fikir və bənzətmə ilə vəsf, ifadə etmək gerçəkdən son dərəcə çətindir...

Tribunada xarüqələr yaradırdı, mənim Prezidentim!

Sözünü açıq, konkret, korrekt deyirdi, mənim Prezidentim!

Əsl sərkərdələr, cəngavərlər kimi möhkəm və qorxusuz idi, mənim Prezidentim!

Bütün riskləri gözə alaraq yenə də Azərbaycan naminə dünyaya meydan oxuyurdu, mənim Prezidentim!

Hər kəlməsi ilə oyunbazları, beşüzlüləri, saxtakarları yerində oturdurdu, mənim Prezidentim!

Ölkəmizə göz dikənlərə, “day - daylıq” eşqinə düşənlərə, minnətşünaslara, məsləhətsevərlərə, başından və boyundan yekə davrananlara, cızığından çıxanlara “ustad dərsi” verirdi, mənim Prezidentim!

Nəhayət;

Ad çəkmədən əslində ad çəkirdi, kamandan oxu - hədəf hər nə qədərdisə (birdisə, beşdirsə, ondursa) - hamısına eyni anda və çox yüksək sərrəstliklə atırdı, mənim Prezidentim!

Yox. Detallara varmayacam. Ona görə ki, Ali Baş Komandan müharibədə istifadə edilən bir güllənin belə bizə hədiyyə olunmadığından, hədiyyə olunmağı o yana qalsın, hətta dünya qiymətinə satılmağından tutmuş, burnunu həyat tərzimizə soxmaq istəyənlərin varlığına (kimliyinə!) qədər - hamının və hər şeyin mahiyyətini, tarixcəsini mikro - xırdalığına qədər açdı, yada saldı, xatırlatdı. Bəzi məqamlarda isə (artıq yamaq da tutmayan) maskaları cırdı, ifşa etdi və hər kəsə güzgü aydınlığı ilə göstərdi.    

Mən, bəzi özündənmüştəbehlərin ilkin, fəqət çox lüzumsuz reaksiyaları, mövzudan yanlış nəticə çıxarmaları, dərhal sosial şəbəkələr üzərindən Azərbaycanın üzərinə hücum etmələri barədə də danışmayacam. (Mənası yoxdur, ona görə)

Mən həmin çıxışdan sonra azərbaycandilli nankorların - mehmanhüseynovaların, cəmiləhəsənlilərin, natiqadilovaların, fuadqəhrəmanovaların internet resurslarında sərgilədiyi tərbiyəsizliklərdən, yaramazlıqlardan, ləyaqətsizliklərdən, erməni yandaşlığından da bəhs etməyəcəm. Zatən Allah onları vurub və bəndəyə ehtiyac qalmayıb.   

Mən... Sadəcə Prezidentimə - Azərbaycanı və azərbaycanlıları bu yerlərə gətirə bildiyinə, yaxındakı, uzaqdakı yüz cür və min növ namərdin, fürsətcilin təzyiqinə rəğmən öz sözünü yenə də bu qədər mətinliklə, əminliklə, cəsarətlə dediyinə, illər uzunu Qarabağdan nigaran qalan Heydər Əliyevin ruhunu elə həmin Heydər Əliyevin adını daşıyan Mərkəzin əsrarəngiz tribunasından növbəti dəfə şad etdiyinə görə öz minnətdarlığımı bildirmək istəyirəm...

Və indiki situasiyada tək anladığım, inandığım, əmin olduğum həqiqət budur;

Biz hər birimiz İlham Əliyevi dərk etdiyimiz qədər böyükük!

Biz...  Vətəndaş kimi də, şəxsiyyət kimi də, mühəndis, həkim, jurnalist, hüquqşünas, siyasətçi kimi də, İlham Əliyevin dəyərini və qiymətini bildiyimiz qədər yetkinik, doluyuq, bütövük!

Elşən Musayev

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri