Icma.az
close
up
RU
YAP Mərkəzi Aparatında görüş keçirilib FOTO Yeni Gündəm

YAP Mərkəzi Aparatında görüş keçirilib FOTO Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə cari ilin 13-20 noyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş YAP nümayəndə heyətinin ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao ilə görüşü keçirilib.“Yeni Gundem” xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov möhkəm dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradələri sayəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ilə ölkələrarası münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan hər iki ölkə bütün sahələrdə işbirliyinin dərinləşdirilməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atılmaqdadır”.

Qarşılıqlı səfərlərin həm ölkələr, həm də partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin qiymətləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətinə diqqəti cəlb edən Tahir Budaqov vurğulayıb ki, Azərbaycan-Çin münasibətlərinin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir: “Partiyalarımız arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv xarakter daşıyır. Məmnunluqla qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçirildi, əlaqələrin hazırkı durumu və perspektiv imkanlar geniş müzakirə olundu. Xüsusilə də, iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanması tarixi əhəmiyyətə malik olmaqla bərabər, qarşılıqlı inam, hörmət və etimada əsaslanan səmərəli işbirliyinin genişləndirilməsi baxımından böyük önəm kəsb edir. Yeni mərhələdə görüləcək işlər ortaq maraqlarımızı təmin etməklə həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı və perspektivli olacaqdır”.

YAP Mərkəzi Aparatının rəhbəri daimi təmasların gənclər arasında da səmərəli ünsiyyətin gücləndirilməsinə, mütəmadi olaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə kimi önəmini diqqətə çatdırıb.

Tahir Budaqov səfər zamanı göstərilən yüksək diqqətə görə nümayəndə heyəti adından Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra YAP İdarə Heyətinin üzvləri, millət vəkilləri Pərvin Kərimzadə, Hikmət Məmmədov, Azər Badamov, Ülviyyə Həmzəyeva, partiyanın Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov səfər haqqında təəssüratlarını bölüşüblər.

ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao Çinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıyaraq uğurla inkişaf etdiyini söyləyib. O, ÇXR-in Baş nazirin müavini Din Süesənin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti və min nəfərədək digər iştirakçı ilə Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da təmsil olunduğunu və Bakıda mühüm görüşlərin keçirildiyini xatırladıb. Din Tao bəzi qüvvələrin qarayaxma kampaniyası aparmasına və prosesə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim etdiyini və COP29 çərçivəsində “Bakı Maliyyə Məqsədləri” sənədinin qəbul edilməsinin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə tarixi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın qlobal müstəvidə belə bir mühüm nailiyyətə imza atması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın önəmindən bəhs edən Din Tao YAP nümayəndə heyətinin səfərinin uğurlu olmasının böyük məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təşəkkürünü bildirərək müvəffəqiyyətlər arzulayıb.

Görüşdə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin üçüncü katibi Se Yilin də iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri