Icma.az
close
up
RU
YAP milli həmrəyliyimizin simvoludur ŞƏRH

YAP milli həmrəyliyimizin simvoludur ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın son illərdə keçdiyi yol təkcə siyasi və iqtisadi nəticələrlə ölçülmür. Bu yol, eyni zamanda, cəmiyyətin dövlətçilik ideyası ətrafında daha sıx birləşməsinin, milli həmrəyliyin möhkəmlənməsinin və gələcəyə inamın güclənməsinin tarixidir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər bu baxımdan xüsusi məna daşıyır. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni mərhələdə keçirilməsi ölkənin siyasi həyatında mühüm mərhələni əks etdirir.

YAP-ın tarixində milli həmrəylik anlayışı xüsusi yer tutur. Partiyanın yaradılması təsadüfi siyasi hadisə deyildi. 1992-ci ildə ölkənin ağır siyasi böhranla üzləşdiyi bir vaxtda Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın təsis edilməsi cəmiyyətin sabitlik, peşəkar idarəçilik və dövlətçilik ideyalarına ehtiyacının siyasi ifadəsi oldu. Ulu Öndərin böyük dövlətçilik təcrübəsi ətrafında birləşən insanların əsas məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, dövlətçiliyi möhkəmləndirmək və ölkəni inkişaf yoluna çıxarmaq idi.

Heydər Əliyevin siyasi irsinin əsas xüsusiyyətlərindən biri cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirə bilməsi idi. Onun dövlətçilik fəlsəfəsində siyasi sabitlik milli inkişafın vacib şərti kimi qəbul olunurdu. Bu yanaşma sonrakı illərdə də əhəmiyyətini saxladı. YAP-ın geniş ictimai dayaqlara malik siyasi təşkilata çevrilməsi və partiya fəallarının müxtəlif sosial qruplarla işləməsi dövlətçilik ideyalarının cəmiyyətin geniş təbəqələrinə çatdırılmasına imkan verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt yeni şəraitdə daha geniş məzmun qazandı. İqtisadi imkanların artması, sosial proqramların genişlənməsi, regionların inkişafı və dövlət idarəçiliyində həyata keçirilən islahatlar cəmiyyətin qarşısında yeni imkanlar açdı. Ən mühüm nəticələrdən biri isə milli birliyin böyük tarixi məqsəd ətrafında səfərbər olunması oldu. 2020-ci ilin Vətən müharibəsində xalqın və ordunun birliyi Zəfərin mühüm amillərindən birinə çevrildi.

Zəfərdən sonra qarşıda duran vəzifələrin xarakteri dəyişdi. Ərazi bütövlüyünün və suverenliyin bərpası yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələdə cəmiyyətin qarşısında yalnız qazanılmış nəticələri qorumaq deyil, onları davamlı inkişafın təməl daşına çevirmək vəzifəsi dayanır. Böyük Qayıdış, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, ölkənin bütün bölgələrinin inkişafının davam etdirilməsi ümumi milli məqsədlər kimi çıxış edir. Bu prosesdə YAP-ın siyasi və ictimai fəaliyyəti də yeni məzmun kəsb edir. Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, partiyanın fəallarının ölkənin son illərdəki uğurlu və şərəfli yolunda böyük töhfəsi var. Bu fəaliyyət yalnız siyasi tədbirlərdə iştirakla məhdudlaşmır. Dövlət siyasətinin cəmiyyətə izah edilməsi, milli həmrəyliyin qorunması, gənclərin dövlətçilik ruhunda yetişməsi və ictimai təşəbbüslərin dəstəklənməsi də mühüm vəzifələrdəndir.

VIII Qurultayda Ulu Öndərin siyasi xəttinin dəyişməz qalması ilə bağlı fikirlər də bu ardıcıllığı göstərir. Taktiki və strateji məqsədlər zamanın tələblərinə uyğun dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi əsas istiqamətlər qorunur. İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin yeni tarixi şəraitdə konkret nəticələrə çevrilməsi siyasi varisliyin praktik ifadəsidir. Beləliklə, YAP-ın VIII Qurultayı yalnız partiyanın təşkilati həyatında növbəti mərhələ deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun nəticələrinə nəzər salmaq və qarşıdakı hədəfləri müəyyənləşdirmək baxımından mühüm hadisədir. Heydər Əliyevin yaratdığı dövlətçilik təməli, YAP-ın siyasi fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət ölkənin yeni inkişaf mərhələsinə keçidini şərtləndirən əsas amillərdəndir. Bu mərhələnin başlıca xüsusiyyəti Zəfərlə əldə edilmiş imkanların daha güclü, sabit və firavan Azərbaycan quruculuğuna yönəldilməsidir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri