YAP MSK dakı iki nümayəndəsini dəyişdi ADLAR
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasındakı (MSK) iki nümayəndəsini dəyişdirib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bunlar Şaitdin Əliyev və Validə Kazımovadır.
Onların adı MSK üzvü seçilmək üçün YAP-ın Milli Məclisə təqdim etdiyi namizədlər siyahısında yer almayıb.
Qeyd edək ki, Şaitdin Əliyev 1947-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və hüquqşünasdır. 2010-cu il iyunun 8-də Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qurumun sədr müavini olub.
Validə Kazımova 1949-cu ildə doğulub. İxtisasca hüquqşünasdır. 2000-ci ilin əvvəllərində Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib.
Bu mövzuda digər xəbərlər:YAP rəhbərliyi MSK namizədlərini təsdiqlədi
22 Aprel 2026 14:11
MSK 5 partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb
09 Dekabr 2024 16:20
MSK beş partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb
09 Dekabr 2024 16:20
MSK beş partiyanın səlahiyyətli nümayəndəsini qeydə aldı
09 Dekabr 2024 17:00
MSK sədrinin müavini və katiblər seçildi ADLAR
27 Aprel 2026 16:29
Baxış sayı:57
Bu xəbər 22 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















