Icma.az
close
up
RU
YAP Sabunçu Rayon Təşkilatı “Zəkanın qalası: Suverenlik” mövzusunda intellektual yarış keçirib

YAP Sabunçu Rayon Təşkilatı “Zəkanın qalası: Suverenlik” mövzusunda intellektual yarış keçirib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

YAP Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəkanın qalası: Suverenlik” mövzusunda intellektual yarış keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu, təsadüfi bir qərar deyil. Müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb. Konstitusiya hər bir dövlətin əsas qanunu, hüquqi sisteminin təməlidir. O, xalqın iradəsini, hüquq və azadlıqlarını təmin edən ən vacib sənəddir. Suverenlik isə bir dövlətin müstəqilliyini və öz taleyini sərbəst şəkildə müəyyən etmə haqqını ifadə edir. Araz Xudadanov həmçinin vurğulayıb ki, bu yarış sizə hüquqi biliklər qazandıracaq, eyni zamanda milli kimliyimiz və dövlətçilik dəyərlərimiz haqqında daha dərindən düşünməyə imkan verəcək.

Çıxış edən Millət vəkili, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan xalqı tarix boyu suverenliyini qorumaq uğrunda mübarizə aparıb və bu gün də onu gücləndirmək üçün birgə çalışır. Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsindəki qələbəmiz dövlət-xalq-ordu birliyinin, vəhdətinin təntənəsi və nəticəsi idi. Milli birlik Konstitusiyanın əsas dəyərlərindən biridir. Bu birlik sayəsində dövlətimizin müstəqilliyi möhkəmlənir, hüquqlarımız qorunur və gələcəyimiz təmin edilir.

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva vurğulayıb ki, hər bir vətəndaş Konstitusiyaya hörmət etməli, onu yaşatmalı və suverenliyimizi daim uca tutmalıdır. Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qloballaşan dünyada nüfuzlu ölkə olaraq söz sahibidir. Bütün bunlar da milli birlik və milli suverenliyimizin vasitəsi ilə möhkəm təməllər üzərində qorunur və inkişaf edir.

İntellektual oyun 4 turdan, hər bir komandada 5 iştirakçıdan ibarət olmaqla, ümumilikdə 8 komanda və 40 gənc iştirakçı arasında təşkil olunub.

Yarışın sonunda ilk üç yeri tutan komandalar münsiflər heyəti tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

I yer – “Hakimiyyətin səsi” komandası  - 23 düzgün cavab

II yer – “Qanun ustaları” komandası - 21 düzgün cavab

III yer – “Əsas qanun zəkası” komandası - 18 düzgün cavab

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri