Icma.az
close
up
RU
YAP Samux rayon təşkilatında hesabat yığıncağı FOTOLAR

YAP Samux rayon təşkilatında hesabat yığıncağı FOTOLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Samux  rayon təşkilatında 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Modern.az xəbər verir ki, yığıncağın rəsmi hissəsindən  öncə  müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi  və  Samux Şəhidləri Kompleksi ziyarət olunaraq  önünə  gül dəstələri düzülüb.
Yığıncaqda Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının  sədri Gündüz Bayramov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə  təbrik edib. Sonra  rayon təşkilatının 2025-ci il ərzindəki  fəaliyyəti barədə hesabat dinlənilib. Qeyd edilib ki, hesabat dövründə YAP Samux Rayon Təşkilatı YAP-ın  Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsini təmin etmiş, habelə rayonda YAP-ın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirmişdir.  Yerli təşkilat öz işini “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında əsasnamə”yə, eləcə də Mərkəzi Aparatın tapşırıqları və rayon təşkilatının aparatı tərəfindən təsdiq edilmiş illik iş və tədbirlər planı əsasında qurmuş, il ərzində qarşıda duran vəzifələri uğurla icra etmişdir. Rayon təşkilatının 2025-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən olan Azərbaycanın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyev irsinin təbliği və təşviqi həyata keçirilmiş, cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlər təbliğ edilərək cəmiyyətə çatdırılmışdır.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilat sədrləri görülən işlərdən danışaraq, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd ediblər və 2025-ci ildə YAP Samux  rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra YAP Samux rayon təşkilatının  2026-cı ildə görüləcək işlərə dair tədbirlər planı və iş planı müzakirə edilərək təsdiq edilib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiyaya yeni üzv olanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri