Icma.az
close
up
RU
20 Yanvar faciəsi ilə əlaqədar YAP Samux rayon təşkilatında tədbir keçirilib FOTOLAR

20 Yanvar faciəsi ilə əlaqədar YAP Samux rayon təşkilatında tədbir keçirilib FOTOLAR

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

19 yanvar 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “20 Yanvar qürur və qəhrəmanlıq tariximiz” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, habelə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsi məqsədli şəkildə törədilmiş, xalqımızı qorxutmağa və susdurmağa yönəlmiş ən dəhşətli cinayətlərdən biridir. Yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. O tarix ki, Azərbaycan xalqı 36 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.

Dəyirmi masada şəhid atası İlham Məmmədov çıxış edərək 20 Yanvar hadisələrini milli azadlıq hərəkatının növbəti mərhələsi, xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirib. Qeyd edib ki, bu qanlı hadisə sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi.

Sonra ərazi partiya təşkilat sədrləri Kəmalə Xəlilova və Mirzəmməd Orucov, Rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Səlminə Məmmədova və Samux şəhər 1 saylı uşaq bağçasının müdiri Ağca Atai çıxış edərək vurğuladılar ki, 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə böyük bir faciə deyil, eyni zamanda milli azadlıq ruhunun və qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir.

Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi-hüquqi qiymətdən, bu qanlı faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü mühüm işlərdən bəhs olunub. Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərin xatirəsi daim uca tutulur, onların ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri