Icma.az
close
up
RU
“YAPın Nərimanov təşkilatının yaranmasında bir əsgər kimi iştirakımla fəxr edirəm” Təmraz Tağıyev

“YAPın Nərimanov təşkilatının yaranmasında bir əsgər kimi iştirakımla fəxr edirəm” Təmraz Tağıyev

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“21 noyabr 1992-ci ildən bizi 32 illik vaxt ayırır. 32 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasına, bir növ, səbəb oldu. Bu yaranma səbəblərindən biri isə xalqın istək və arzusu oldu. Müstəqilliyimizin ilk ilində çətin və gərgin günlərlə üz-üzə qalan Azərbaycan nicat yolunu məhz Heydər Əliyevin simasında görürdü”.  

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri 22 il YAP-ın Nərimanov rayon təşkilatının sədri olmuş Təmraz Tağıyev bildirib.

O qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycanın sayılan-seçilən, dəyərli ziyalıları, ölkənin gələcəyini düşünən insanlar məhz buna görə ulu öndərə müraciət ünvanlamışdılar: “Prezident İlham Əliyevin sözləri ilə desək, “partiyamızın yaranması tarixi hadisə idi”. Bəli, 32 illik bir dövr ərzində ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə YAP onlarla qərara imza ataraq ölkəmizin inkişafına xidmət edən yeni tarixi səhifələr yaratdı.

Respublikamızın sosial-mədəni, siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında məhz həmin günün müstəsna rolunun olması danılmaz faktdır. Ulu öndər əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu çətin və gərgin günlərdən çıxarmış oldu”. 

T. Tağıyev əlavə edib ki, YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsası meyarına çevirə bildi. Sözlə əməlin vəhdəti, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında mühüm rol oynadı: “Ötən  müddət ərzində Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirməkdədər. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə, çəkiyə və nüfuza sahib olan ölkə kimi tanınır. Və bu uğurlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi hesab edilir. Hazırda ölkəmizdə  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi bu siyasi çəkinin bariz nümunəsidir”.

T.Tağıyev vurğulayıb ki, bu gün fəxr ediləsi məqam bir də ondadır ki, ulu öndərin Qarabağın erməni işğalçılarından azad edilməsi ilə bağlı arzularını həyata keçirən möhtərəm Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycanı regionun aparıcı və qüdrətli dövlətinə çevrilib: “Mənim isə, 1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında “121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitiniqdə iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və ulu öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bu gün YAP-ın Nərimanov rayon təşkilatının yaranmasında bir əsgər kimi iştirakımla fəxr edirəm”.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri