Icma.az
close
up
RU
YAPın Xətai və Nərimanov rayon təşkilatlarına yeni sədrlər təyin olunub

YAPın Xətai və Nərimanov rayon təşkilatlarına yeni sədrlər təyin olunub

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə YAP-dan məlumat verilib.

Bildirilib ki, iclasda YAP Xətai və Nərimanov rayon təşkilatlarına sədr təyin olunması məsələsinə baxılıb, Ramil Kamil oğlu Mirzəyevin və Elçin Bəybala oğlu Quliyevin namizədliyi ətrafında müzakirələr aparılıb.

YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Şahin İsmayılov, Mübariz Qurbanlı, Hikmət Məmmədov, Bahar Muradova, Elmar Qasımov, Azər Badamov, Kamal Cəfərov, Bayram Aslanov və Əfsun Sucayev çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra Ramil Kamil oğlu Mirzəyevin YAP Xətai rayon təşkilatının, Elçin Bəybala oğlu Quliyevin isə Nərimanov rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub.

Hər iki şəxs çıxış edərək partiya rəhbərliyinə təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu dönəmdə YAP yerli təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri yeni təyin olunmuş sədrləri təbrik edərək onlara göstərilən yüksək etimadı doğruldacaqlarına inamını ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri