Xətai, Səbail və Nərimanov rayonlarında mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Bakı şəhərinin Xətai, Səbail və Nərimanov Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin məsul şəxsləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Bakı Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq, rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
-1 / 3
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















