Icma.az
close
up
RU
YAPın Xətai və Nərimanov rayon təşkilatlarına yeni təyin olunmuş sədrlər ictimaiyyətə təqdim edilib

YAPın Xətai və Nərimanov rayon təşkilatlarına yeni təyin olunmuş sədrlər ictimaiyyətə təqdim edilib

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai və Nərimanov rayon təşkilatlarına yeni təyin olunmuş sədrlər ictimaiyyətə təqdim edilib.

YAP Xətai rayon təşkilatının inzibati binasında keçirilən təqdimat mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva tarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək siyasi səhnədə yüksəlişə nail olduğunu deyiblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolu ilə irəliləyən müasir Azərbaycan daim qüdrətlənir, möhtəşəm uğurlar qazanır. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən Heydər Əliyev siyasəti gələcək uğurların həlledici əsasıdır.

Sonra partiyanın Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağını deyib.

Tədbirdə akademik Vaqif Abbasov və Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov da çıxış edərək bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük gücə çevrildiyini qeyd ediblər.

YAP Nərimanov rayon təşkilatının inzibati binasında keçirilən təqdimat mərasimindən əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla anıblar.

YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, monolit siyasi təşkilat olduğunu bildiriblər. Vurğulanıb ki, şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Sonra partiyanın Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək təşəkkürünü bildirib, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, ərazi partiya təşkilatının sədri Ağaəli Hüseynov və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxışlarında YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini diqqətə çatdırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see216

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see125

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see123

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri