Yapon əfsanəsi 259 min avtomobili geri çağırır Tormoz u düzgün quraşdırmayıblarmış
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyanın avtomobil nəhəngi Honda ABŞ-da 259,033 ədəd avtomobili geri çağırır.
Milli.Az bildirir ki, buna səbəb əyləc pedalındakı ciddi istehsal qüsurudur ki, bu da qəza və xəsarət riskini artırır.
Şirkətin məlumatına görə bəzi modellərdə əyləc pedalının qolundakı bir sancağın düzgün yerləşdirilməməsi pedalı yerindən çıxara bilər və bu da avtomobili dayandırmağı çətinləşdirir.
Geri çağırma 2021-2025-ci illərə aid Acura TLX, 2023-2025-ci illərə aid Acura MDX və Honda Pilot modellərinə şamil olunur. Təkcə Honda Pilot modelindən 184,253 ədəd avtomobil geri çağırmaya daxildir.
Honda bildirir ki, yalnız təxminən 1 faiz avtomobildə bu qüsurun olması gözlənilir, lakin şirkət ehtiyat məqsədilə bu addımı atıb.
Dilerlərə 13 iyun tarixində məlumat verilib. Avtomobil sahiblərinə isə iyulun 28-də məktub göndərilməsi planlaşdırılır. Təmir zamanı servis mərkəzlərində əyləc pedalı yoxlanacaq və lazım gələrsə, dəyişdiriləcək.
İslam
Milli.Az
Baxış sayı:78
Bu xəbər 18 İyun 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















