Yaponiya ABŞ nin yeni rüsumlarının ləğvi üçün Rusiya qazından imtina edə bilər
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin avtomobil idxalına əlavə tariflər tətbiq etməsi Yaponiyanı Rusiya qazından imtinaya məcbur edə bilər.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" agentliyi məlumat yayıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasu Hayasi bəyan edib ki, hökumət ölkənin avtomobil sənayesinin ABŞ-nin yeni tarif rejimindən çıxarılması ilə bağlı danışıqlar aparacaq.
Agentlik tərəfindən rəyi öyrənilmiş iqtisadçılar bildiriblər ki, hökumətin nəzərdən keçirdiyi bir neçə variantın arasında ABŞ-dən taxıl, ət və təbii qaz alışının artırılması da yer alır. Bu, xüsusilə Rusiya qazının ABŞ qazı ilə əvəz edilməsinə gətirib çıxara bilər.
2023-cü ildə Rusiya qazı Yaponiya idxalının 8,9 %-ni, ABŞ qazı isə 7,2 %-ni təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















