Icma.az
close
up
RU
Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsi Çində etirazla qarşılanıb

Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsi Çində etirazla qarşılanıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 17 oktyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Şiqeru İşibanın yapon militarizminin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərməsi Çində etiraza səbəb olub.

AZƏRTAC xəbər verir ki, ianə məbədə payız festivalının başlaması ilə əlaqədar göndərilib.

Yaponiya mediası hakim Liberal Demokrat Partiyasının yeni seçilmiş sədri Takaiçi Sanaenin məbədi ziyarət etməyəcəyini yazır. Bununla belə onun məbədə şəxsi hesabından maddi yardım göndərdiyi bildiririlir. Yaponiya parlamentində təmsil olunan partiyaların 64 deputatı məbədi ziyarət edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien mətbuat brifinqində ölkəsinin Yaponiyanın Yasukuni məbədi ilə bağlı hərəkətlərinə qətiyyətlə qarşı çıxdığını deyib.

“Yaponiyanı təcavüz tarixinə düzgün baxmağa və bu barədə düşünməyə, Yasukuni məbədi kimi tarixi məsələlərdə ehtiyatlı davranmağa, militarizmdən tamamilə uzaqlaşmağa, dinc inkişaf yolu ilə irəliləməyə, Asiya qonşularının və beynəlxalq ictimaiyyətin etimadını konkret hərəkətlərlə qazanmağa çağırırıq", - deyə Lin Cien bildirib.

Qeyd edək ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra edam edilən hərbi cinayətkarların da adları yer alır. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi və ya ora ianə göndərməsi ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri