Icma.az
close
up
RU
Yaponiya Çində keçiriləcək tədbiri boykot etməyə çağırır

Yaponiya Çində keçiriləcək tədbiri boykot etməyə çağırır

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Yaponiya Avropa və Asiya ölkələrini sentyabr ayında Çinin keçirəcəyi İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü mərasimlərinə qatılmamağa çağırır.
Reyting.az
-ın məlumatına görə, rəsmi “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadla bildirir ki, Tokio xaricdəki səfirlikləri vasitəsilə Avropa və Asiya ölkələrinə çağırış edib.
Yaponiya, Çinin anma mərasimlərinin “anti-Yapon çalarları” daşıdığını və liderlərin iştirakının diqqətlə düşünülməsi lazım olduğunu bildirərək, onlardan bu mərasimlərə qatılmamalarını istəyib.
Milli media, Yaponiyanın bu çağırışa uyğun olaraq, müharibənin bitməsinin ildönümündə “Çinin müharibə tarixinin şərhinin yayılmasının qarşısını almağa çalışdığını” bildirir.

Qeyd edək ki, Çin avqustun 31-dən sentyabrın 1-dək paytaxt Pekinə yaxın Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitinə ev sahibliyi edəcək.
Bunun ardınca sentyabrın 3-də Pekinin Tyananmen meydanında müharibənin bitməsinin ildönümünü qeyd etmək üçün mərasimlər, o cümlədən hərbi parad keçiriləcək.
Bəzi ölkələrin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin rəhbərlik səviyyəsində bu tədbirlərdə iştirakı gözlənilir.
Pekin hökuməti mərasimlərdə “Yapon təcavüzünə qarşı müqavimət müharibəsi” və “Dünya antifaşist müharibəsi” şüarlarından istifadə edir.
Çin prezidenti Si Cinpinin 2015-ci ildə müharibənin 70-ci ildönümündə keçirilən hərbi paraddakı çıxışı tənqidlərə səbəb olub.
Si Cinpin qeyd edib ki, müharibədən sonrakı nəsillər "düzgün tarixi perspektivlərə malik olmalı və tarixin dərslərini mənimsəməlidirlər".
Yaponiyanın o zamankı baş naziri Şinzo Abe açıqlamasında Si-yə reaksiya verərək, “münaqişədən sonra doğulan nəsillərin üzr istəməyə məhkum edilməməli olduğunu” vurğulayıb.
Abe və aparıcı Qərb ölkələrinin liderləri 2015-ci ildə keçirilən paradda iştirak etməyiblər.
Bəşər tarixinin ən böyük fəlakətlərindən sayılan və 60 ölkənin iştirak etdiyi İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə əlaqədar avqust və sentyabr aylarında bir çox ölkədə həyatını itirənlərin anım mərasimləri keçirilir.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri