Yaponiya böyük transformasiyalar ölkəsi Telman Orucov yazır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Telman ORUCOV
(Əvvəli ötən şənbə saylarımızda)
Bu dövrdə incəsənətdə və sənətkarlıqda gözəl sənətkarlar və onların yaratdıqları incilər meydana gəldi. Poeziyada Matsua Basyonun (Başonun) haykuları (hokkuları) diqqəti cəlb etdi.
Matsuo Basyo (Başo) 1644-1694-cü illərdə yaşamışdı, hayku (hokku) ustası olmaqla, öz əsərləri ilə oxucularına, daha dərindən düşüncəyə nail olmaqda köməklik göstərmişdi. O, Kioto yaxınlığındakı kiçik samuray ailəsində doğulmuş, Kiotoda təhsil alarkən Çin poeziyasını və Daosizmi öyrənmişdi. İlk dəfə yaxın olan sözlərdən düzəldilən şeir formasında - hayku renqada yazmağa başlamışdı. Renqa şeirinin başlanğıcı hokku kimi tanınır, rədifə uyğun gəlməyən sətirlərin üçü kimi qurulur və ilk sətir beş hecadan ibarət olur.
Hayku şeirləri 5-7-5 hecadan ibarət olmaqla, 17 hecalıdır, ona digər şairdən iki 7 heca əlavə olunduqda, 31 hecalıq, beş sətirli tanka əmələ gəlir. Hayku cəmi üç sətirli olmaqla, həm də sadəliyi ilə fərqlənir.
Şair Basyo öz ləqəbini həyətində əkdiyi banan ağacının yapon dilindəki adından götürmüşdü. Eranın unikal ruhu özünü "kədər dünyası" adlanan üslubda nümayiş etdirdi. Hayku üslubu müasir populyar poeziyaya da daxil oldu. Basyo döyüşçü ailəsində doğulmuşdu, sonra özü o qədər ustalığı ilə seçilməyən bir samuraya çevrilmişdi. Mövcud hayku üslubu heç də məmnunedici olmadığından, Basyo öz adını daşıyan yeni üslub yaratdı. Kiçik həcmli və sadə sözlərdən istifadə etməklə, o, həmçinin haykuya yeni gözəllik verdi.
Ümumiyyətlə, yaponlar arasında şeir yazma geniş yayılmışdır, onun standartları da sərtdir. Hayku 17 hecadan, 3 sətirdən, tanka isə 31 hecadan və 5 sətirdən ibarətdir. İslandlar saqa yazdıqları kimi, yaponların da hamısı şeir yazır.
Romançı kimi isə Takemoto Gidayu məşhurlaşdı. Xikamatsu isə 80 tarixi dram yazmışdı. Kabuki teatrı üçün isə əlavə 30 əsər yaratmışdı. Onun "borc" ideyası feodal mənəviyyatı tərəfindən az başa düşülsə də, ancaq şərəf və ləyaqət prinsipləri ənənəvi şüura uyğun gəlirdi.
Rəngkarlıq da inkişaf edirdi. Onu şöhrətə çatdırmaqla, məşhurluq qazanmış yapon rəssamı Katsusika Hokusay 1849-cu ildə 84 yaşında Tokioda öldü. Onun
"Fudziyama lövhələri" çox məşhurdur. Okeanda dalğa elə şahə qalxmışdır ki, hətta hündür Fudzi-san dağı da onun yanında kiçik görünür. Bəlkə də bu, sahilə çatanda on metrlərlə hündürlüyə qalxan dağıdıcı bir sunami dalğasıdır. Bu tablo hesabına Hokusay Yaponiyanın sərhədlərindən kənara çıxmış, bütün dünyada tanınmışdır. Bu rəsm əsəri Azərbaycanda da çox populyardır, Abu-Dabidə isə şəhərin nüfuzlu sakini İsam al- Ketbi dəbdəbəli malikanəsinin bir iri divarında həmin tablonun böyüdülmüş freskasını çəkdirmiş və onu qonaqlarına iftixar hissi ilə göstərir. Hokusayın yaradıcılığı həm də vaxtilə Avropa rəngkarlığındakı impressionizmə və modern üsluba xeyli təsir göstərmişdi.
Dövlət quruluşuna gəldikdə, XVIII əsrin başlanğıcında Bakufu sisteminin öz daxili ziddiyyətləri üzə çıxdı və zəiflik əlamətlərini göstərdi. Ferma məhsulları yaşayışın aşağı standartlarına uyğun gəlirdi, ölkə özü üçün dəmir alətlər, duz, dərman vasitələri kimi bəzi mühüm məhsulları istehsal edə bilmirdi. Vergiləri isə artıq pulla ödəmək qaydası tətbiq olunmuşdu. Ona görə də fermer daha çox məhsul satmalı idi. Kommersial iqtisadiyyat ferma kəndlərinə qədər genişləndikdə, fermerlər arasında sosial parçalanma əmələ gəldi. Həyatın şəhər yolunun inkişafı ilə samuray sinfi şəhərlərdə yaşadıqlarından, onlar da artan bahalıqdan əziyyət çəkirdilər.
Səkkizinci syoqun olan Tokuqava Yoşiminin dövründə bir sıra islahatlar həyata keçirilməyə başlandı. O, mülki adamları maliyyə və kənd inzibatçılığında vəzifələrə təyin etdi ki, hökumətin fəaliyyətinin səmərəliliyini yüksəltsin. O, vergidən gələn gəliri artırmaq üçün istifadəyə yeni torpaqlar açdı. Düyünün aşağı düşən qiymətinə nəzarət cəhdinə görə, onu "düyü syoqunu" adlandırmışdılar. Lakin 1730-cu illərdəki böyük aclıq vaxtı düyünün qiyməti kəskin surətdə artdı. Bu isə Edoda qiyam qalxmasına səbəb oldu.
1800-cü illərin erkən dövründə xarici əlaqələr, ölkədə təzyiq göstərən bir problemə çevrildi və Edoda vəziyyət mürəkkəbləşdi. Hələ 1804-cü işə Rusiya elçisi Ryazanov Naqasakidə olarkən, kommersial əlaqələr qurmağı tələb etdi.
Bakufu tələbi rədd etdikdə, onun adamları yaxındakı adaya hücum etdilər. İngilis gəmiləri də cənubda yapon sularına girdilər. Bakufu sisteminin zəifləməsi daha ciddi xarakter daşıyırdı. Avropanın modern elmlərinin öyrənilməsi səviyyəsi də yüksəldi. Təbabət sahəsində Qərb elmi daha güclü olana çevrildi. Son 300 il ərzində ölkədə populyar biliklər xeyli artmışdı.
1830-cu ildən başlayaraq 15 il ərzində Tempo islahatları Bakufu sisteminin tənəzzülünü sürətləndirdi. Böyük aclıq nəticəsində viran qalmış fermer kəndlərini, syoqun bərpa etməyə çalışırdı. Edo və Osika birbaşa Bakufu nəzarətinə keçdi. Başlıca vəzifə Edonun müdafiəsi idi. Syoqun Tadakuni öz məskənindən qovuldu. Lakin Tokuqava sülaləsi öz hakimiyyətini əlavə 30 ildə saxlamağı bacardı.
1850-ci ildən 18 il sonra siyasi dəyişikliklər nəticəsində taxt-tac Mutsihito hakimiyyətinə keçdi. Rejim Meydzi ("İşıqlanmış idarəetmə") adlandı və gənc imperatorun hakimiyyəti 1868-1912-ci illərdə davam etdi. Meydzi transformasiyası əslində 1868-ci ildən əvvəl başlanan sosial və siyasi inqilab hesabına baş vermişdi.
1850-ci illərdə xaricilərin ölkəyə gəlməsi daxili siyasətdə də yeni nəticələr meydana gətirdi. Bunlar aydınlaşdıqda, syoqunun Yaponiyanı barbarlardan himayə etməyə qadir olmadığını göstərdi. Kiotoda imperial sarayının nüfuzu bərpa edildi.
"İmperatoru seçmək!" və "Barbarları qovmaq!" şüarı adamlar tərəfindən ilk dəfə olaraq qaldırıldı, onlar syoqun siyasətinə təsir göstərmək istəyirdilər. Bu vaxt digərləri isə Tokuqavanı dəstəkləməyə can atırdı. Syoqunun ratifikasiyası vaxtı Kioto sarayı özünün güclü müxalifəti ilə üzləşməli oldu. İllər ərzində ekstremizm meydana gəlmişdi. İki əyalət amerikanlar tərəfindən bombardman edildikdən sonra, xariclərin hərbi aliliyinə heç bir şübhə yeri qalmadı. 1865-ci ildə Böyük Britaniya syoqunatı danışıqlar buxovuna sala bildi. Tədricən aydın oldu ki, bütün hakimiyyət Kiotonun üzərinə düşür.
Xaricilərin bombardmanından sonra samuray rəyi qəzəb şəklində böyüyərək, baş verən sürətli hərbi dövlət çevrilişi hesabına hakimiyyəti ələ keçirdi. İmperatorun başçılığı altında yeni hökumət yaradıldı. Qərbin metodlarının və hərbi məşqin tətbiqi əsasında yeni milis birlikləri meydana gəldi. 1866-cı ildə Tokuqava ordusunun uğurlu dəf edilməsi syoqunatın hakimiyyətinin və nüfuzunun itməsi ilə nəticələndi. 1867-ci ildə gənc Meydzi imperatoru iki əyalətdəki liderləri ələ aldı, artıq axırıncı syoqunun tədbirləri fayda vermirdi. İmperial ordu Edoya doğru irəlilədi və döyüş keçirmədən şəhəri tutdu. 1868-ci ilin yanvarında imperial idarəetməni öyrənmək üçün mühüm lordlar Kiotoya çağırıldılar. Sonrakı ili isə paytaxt Edoya köçürüldü, o vaxtdan da şəhər Tokio adlandı.
Meydzi hökuməti syoqunu hakimiyyətdən uzaqlaşdırdı. Onlar inanmışdılar ki, Yaponiya Milli hökumətin başçılığı altında birləşməlidir ki, Qərb hakimiyyətləri ilə hərbi və resurs bərabərliyinə nail ola bilsin. Gənc samurayların ölkənin izolyasiyasını qoruyub saxlamaq naminə həyata keçirdiyi tədbirlər, bu sinfin özünü məhv etdi.
Gənc imperator bu qərara gəldi ki, Qərbin gücü, konstitusionalizmdən asılıdır və bu həm də maddi güc əmələ gətirir. Xüsusən yaxşı məşq etdirilmiş hərbi qüvvəyə malik olmaq lazım idi. Bilik mənbəyi də Qərbdə axtarılmalı idi. 1871-ci ildə iri tərkibli nümayəndə heyəti Avropaya və ABŞ-a yollandı. Ölkədə artıq modernizasiya tədbirlərinin həyata keçirilməsi tələb olunurdu.
Meydzi liderləri feodal mərkəzləşməni dağıtmağa yönəldilmiş tədbirlərə əl atdı, onlar bunda Yaponiyanın zəifliyini görürdülər. 1871-ci ildə qubernator daymyolar Tokioya çağırıldı və onlara feodalizmin ləğv edildiyi elan edildi. Əvvəlki 300 əyalət 72 prefektura ilə əvəz olundu. Daymyolar inzibati idarəçiliklə əlaqələrini itirdilər.
Ölkədə 2 milyona yaxın samuray var idi. 1869-cu ildə bu köhnə iyerarxiya yenisi ilə əvəz edildi. Feodal lordlar aristokratlara çevrildilər. Samuraylara onların əvvəlki gəlirlərinə uyğun olan pensiya təyin edildi. Həm də samuraylara məxsus olan xüsusi irsi ötürülmə ləğv edildi. Qılınc gəzdirmə və sinfin köhnə nişanları sonralar qadağan edildi. Samuraylar əcnəbilərin təsirinə qarşı iradələrini təlqin etmək üçün inqilab qaldırdıqları halda, öz sinfinin ləğvi ilə inqilabın ilk qurbanları oldular.
Döyüşçülərin az hissəsi kommersiya fəaliyyəti ilə məşğul olmağa başladı.
Samurayların hərbi xidmətdəki ənənəvi inhisarı da ləğv edildi. Bir neçə samuray qiyamı baş verdi, onların çoxu inzibati tədbirlərdən narazılığa əsaslanırdı. 1877-ci ildə Satsumada baş verən axırıncı ən böyük qiyama, bərpa edilmiş qəhrəman Sayqo Taxamori başçılıq edirdi. Qiyamı yatırmaq üçün, hökumət keçmiş samurayları hərbi xidmətə cəlb etdi və sonuncu qiyam da uğurla yatırıldı.
Sənayeləşmə proqramı və parlamentin yaranması
Pul çatışmaması çətinliyinin təzyiqinə baxmayaraq, hökumət sənayeləşmə proqramını həyata keçirməyə başladı. Hərbi sənaye sahələri və strateji kommunikasiyalarla yanaşı, hökumət bunu gücləndirmək üçün pilot bitkilər əkməyə başladı. Ticarət və manufaktura sahələrinə diqqət artırıldı.
Əvvəllər baş verən yüksək inflyasiyalardan qorxu nəticəsində yeni özəl investorlar yarandı. Az sonra fərdlər çox sahədəki işlərə ağalıq etməyə başladı, onlar əsasən maliyyə qrupları idi. Geniş imkanlar və az şəkildə rəqabət hesabına müəssisələrin müxtəlif formaları meydana gəldi. Onların məqsədi, hökumət liderlərinin özlərinin bəslədikləri ümidlərə yaxın idi. Bərpa liderləri kollegiyası yaradıldı.
Modern dövlət quruculuğu üçün milli loyallığın inkişafı, bərabər dərəcədə əhəmiyyətli idi. Kütlələr arasında yeni loyallıq münasibəti meydana gəldi. Sintoizm dini milli ilahi qüvvələrə sitayiş yolu ilə, Buddizmin yerini tutdu. 1873-cü ildə xristianlıq da leqallaşdı. Təhsil sistemi ideoloji istiqamət üçün ideal bir vasitəyə çevrildi. 1872-ci ildə universal təhsil elan edildi. Onların təşkili və fəlsəfəsi Qərbdən ilhamlanmağa əsaslanırdı. "Milli azadlıq" bütün yapon təbəələrindən patriotik bir borc kimi sitayiş formasını tələb etdi. Kütləvi təhsilin xüsusi qaydasından, sektantizmi, həmçinin xalq arasında samuray loyallığını geniş şəkildə himayə etmək üçün istifadə edildi, bu isə idarə edən sinfin irsindən başqa bir şey deyildi.
(Ardı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 15 Dekabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















