Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Yaponiyada yaşayan soydaşımız Əlibəy Məmmədovun Azərbaycan haqqında yapon dilində növbəti kitabı işıq üzü görüb. “Şərabla səfər edəcəyiniz Azərbaycan” adlı nəşrdə Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, qonaqpərvərlik ənənələri, şərabçılıq mədəniyyəti və turizm potensialı geniş şəkildə təqdim olunur.
Newscenter.az xəbər verir ki, doqquz hissədən ibarət kitabın ilk bölməsində Azərbaycan “qəribə və gözəl ölkə” kimi oxucuya tanıdılır, ölkənin tarixi və mədəni irsi, görməli yerləri və turizm imkanları haqqında məlumat verilir. Nəşrin ilk 32 səhifəsi isə Azərbaycanın müxtəlif bölgələrini, Bakı, Qobustan, Şəki kimi məkanları, milli mətbəxi və süfrə ənənələrini əks etdirən rəngli fotoşəkillərdən ibarətdir.

Kitabın əsas mövzularından biri Azərbaycan şərabçılığı və onun ölkələr arasında mədəni körpüyə çevrilməsidir. Müəllif Azərbaycan və Gürcüstanın paylaşdığı qədim şərab mədəniyyətindən, Xəzər dənizinin təbiətindən və Azərbaycanın müxtəlif şərab növlərindən bəhs edir. Eyni zamanda, oxuculara Azərbaycan şərabçıları, şərab istehsalı və şərab vasitəsilə ölkəni tanımaq imkanları barədə məlumat təqdim olunur.
Əlibəy Məmmədov kitabda Azərbaycan-Yaponiya münasibətlərinə də xüsusi yer ayırıb. Onun sözlərinə görə, bir butulka şərabın Yaponiyada təqdimatı zamanla yalnız məhsul satışından ibarət olmayıb, Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını, insanların gündəlik həyatını və süfrə ənənələrini yapon cəmiyyətinə çatdıran vasitəyə çevrilib. Müəllif bu prosesi belə xarakterizə edir: “Bu, təkcə bir butulka şərab satmaq deyil. Azərbaycanın mədəni irsini, tarixini, insanların gündəlik həyat tərzini, süfrəsini və mentalitetini yaponlara çatdırmaqdır”.

Nəşrdə Azərbaycan süfrə mədəniyyəti də geniş təqdim olunur. Dolma, qutab və digər milli yeməklərlə yanaşı, Azərbaycan ailəsində qonağa münasibət, evə dəvət, ən yaxşı yeməyin və ən rahat yerin qonağa təqdim edilməsi kimi ənənələrdən bəhs edilir.
Kitabın son bölmələrində isə Azərbaycan və Yaponiya arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilir. Mədəniyyət, iqtisadiyyat, biznes və kənd təsərrüfatı məhsulları vasitəsilə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin mümkün istiqamətləri diqqətə çatdırılır.

Əlibəy Məmmədovun fikrincə, Azərbaycanı xarici auditoriyaya tanıtmağın ən təsirli yollarından biri ölkənin qonaqpərvərlik və süfrə mədəniyyətini, tarixi və gündəlik həyatını bir arada təqdim etməkdir: “Yeni nəşr olunan “Şərabla səfər edəcəyiniz Azərbaycan” kitabı da bu yanaşmanın Yaponiyada yazılı formada davamıdır. Ümumiyyətlə, bu, yalnız şərab haqqında kitab deyil. Nəşr bir məhsul üzərindən bütöv bir ölkənin — onun tarixinin, mədəniyyətinin, insanlarının, qonaqpərvərlik ənənələrinin və turizm imkanlarının Yaponiyada tanıdılmasına yönəlmiş təqdimat nümunəsidir”.
Nəşrdə Azərbaycana dair geniş məlumatlar, fotoşəkillər və ölkənin turizm, mədəniyyət və şərabçılıq imkanlarını birləşdirən materiallar yer alıb.
Qeyd edək ki, kitabın 2026-cı il avqust ayının 31-dən Yaponiyada rəsmi satışlarına başlanılacaq. Artıq “Amazon” reytinqlərində də yapon dilində kifayət qədər satışları gedir və ön sıralardadır. Kitab, eyni zamanda bir çox mərkəzi kitabxanalara, universitetlərə paylanılacaq.

Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ilədən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb. 2015-ci ildən isə Yaponiyada biznes sahəsində fəaliyyət göstərir. Onun 2018-ci ildə yapon dilində
“Azərbaycanın indi maraqlı olmasının səbəbləri”, bu ilin aprelində isə “Azərbaycan adlı strategiya” adlı kitabları çap olunub.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Avqust 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri