Icma.az
close
up
RU
Azərbaycanı dünyada tanıdan idmançı həmyerlimiz

Azərbaycanı dünyada tanıdan idmançı həmyerlimiz

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Naxçıvan mənim uşaqlığımın keçdiyi, böyüyüb boya-başa çatdığım yerdir. Hər dəfə buraya gələndə çox enerji alıram. Naxçıvanın əzəmətli dağlarını görmək, xüsusən də Haçadağın zirvəsinə boylanmaq məni xoşbəxt edir. Hətta dağlara baxdıqca Ümummilli Liderimiz Heydər Əliyevin sözlərini xatırlayıram: “Naxçıvanın təbiətinin  gözəlliyi məğrurluq rəmzidir... Ətrafda görünən dağlar, qayalar, çılpaq torpaqlar, – burada yaşıllıq azdır, – bu, diyara xüsusi gözəllik verir.., bu, qəhrəmanlıq, məğrurluq rəmzidir. O məğrur dağlar kimi, insanlar da məğrurdurlar...”
Söhbətinə bu sözlərlə başlayan həmyerlimiz Hafiz Baxşəliyevlə doğma Naxçıvanda görüşdük. İngiltərədə yaşayan idmançımız bir neçə günlük doğma Vətəninə qonaq gəlmişdi. Fürsəti dəyərləndirib oxucularımız üçün müsahibə almaq qərarına gəldik. Təvazökarlıq edib qazandığı uğurlar barədə danışmağa meyilli olmasa da, səmimi söhbət edə bildik. 
Öncə onu deyim ki, müsahibimin qazandığı uğurlar idmanla bağlıdır. O, uşaqlıqdan təkliyi üstün tutub: “Bir dəfə atam dedi ki, evdə çox vaxt keçirmə. Fəxrəddin müəllim var idi, kikboksla məşğul olurdu. Onun yanına getməyi məsləhət gördü. Elə oradan da ilk addımlarım
başladı bu sahəyə. Fəxrəddin müəllim məni ilk dəfə Azərbaycan çempionatına çıxardı. O yarışda ikinci yerə sahib oldum. Növbəti il artıq bu mənim üçün məqsəd halına gəldi. İkinci dəfə Azərbaycan çempionatına çıxanda da həmin rəqibimi məğlub etdim”. 
“Heç olubmu rəqibinizə hansısa zərbəni endirməkdən narahatlıq keçirəsiniz?” sualına: “Təbii ki, bu cür hallar çox olur. Amma nə etmək olar?!” – deyə cavab verir. Bu, bir yarışdır... Amma qeyd edim ki, həmişə yarış iştirakçılarından mehribanlıqla ayrılmışam. Heç bir idmançı ilə incikliyim    olmayıb”. 
Müsahibimiz deyir ki, bayrağımız mavi səmalarda dalğalananda qürur hissi keçirir. Onun üçün Vətən, bayraq, millət anlayışlarının adlarının çəkilməsi böyük bir motivasiyadır. Məsələn, yarışdan öncə Dövlət Himnini dinləmək, milli musiqilər, xüsusən də “Cəngi”, həqiqətən, ruh yüksəkliyi yaradır: “Mən bir neçə dəfə dünya və Avropa çempionu olmağıma baxmayaraq, Vətən müharibəsində iştirak etmək arzum idi. Düşünürəm ki, döyüşlərə qatılan əsgərlərin göstərdiyi rəşadət bizim qazandığımız bütün nəticələrdən yüksəkdir”, – deyərək sözünə davam edir: 
“Əvvəllər özümə elə də inamım yox idi. Ağlıma gəlmirdi ki, haçansa mən də dünya çempionu olacağam. Amma qarşıma qoyduğum məqsəd, üzərimdə apardığım müşahidələr məndə özüməinam yaratdı. Başqa idmançı dostlarım da məni həvəsləndirdilər ki, artıq sən peşəkar yarışlara qatıla bilərsən. Mən də ruhlanaraq ilk dəfə 2002-ci ildə Yunanıstanda keçirilən dünya çempionatına qatıldım. Çempionatda ikinci yerə layiq görüldüm. Həmin ərəfədə tanınmış idmançılarla görüşmək fürsəti də qazandım. 2003-cü ildə Avropa çempionu oldum. 2004-cü ildə daha böyük ruh yüksəkliyi ilə yenidən dünya çempionatında iştirak etdim. Baxmayaraq ki, rəqiblərim çox güclü idilər. Həmin il dünya çempionu oldum. O çempionat mənim üçün çox möhtəşəm yarış kimi yaddaşıma həkk edildi”. 
Hafiz Baxşəliyev deyir: “Rusiyalı idmançı var idi Almaz Qismiyev. Yarış başlanmazdan əvvəl həmişə onun söhbətini edirdilər. Çünki o, 10 dəfə dünya çempionu olmuşdu. Mən onu yarışda nəticələrimlə üstələmişdim. Sadəcə, hakimlər qərəzli mövqe tutaraq əlavə bir raund təyin etdilər. Yenə az üstünlüklə də olsa, mən qazandım. Amma, təəssüf ki, nəticədə, yeri ona verdilər. Ancaq səmimi qəbul edim ki, heyifsilənmədim. Düşündüm ki, yəqin, xeyirlisi budur mənim üçün. Final kürsüsündə Almaz Qismiyev birinci, mən isə ikinci yerdə dayanmışdıq. O, yaşda məndən böyük idi. Mənim o zaman 22 yaşım var idi. Medalların təqdimatından sonra əlini mənim çiynimə qoyub dedi ki, bundan sonra yerimi verdim sənə. 11-ci dəfə dünya çempionu oldu və idmanı buraxdı. Növbəti dünya çempionatında isə mən çempion adını qazandım”. 
Müsahibimiz 2009-cu ildə Böyük Britaniyaya getməyə qərar verib. Orada həm yarışlarda iştirak edib, eyni zamanda Uelsdə (Kaldiff) yaşadığı üçün oranın yığma komandasında baş məşqçi olaraq fəaliyyət göstərib, Britaniya çempionu olub. Hətta rəhbərlik etdiyi idman klubunun 10 idmançısı da həmin vaxt yarışlarda qalib adını qazanıb: “Xüsusi vurğulayım ki, harada yaşamağımdan, yarışlarda iştirak etməyimdən asılı olmayaraq, milli maraqlarımız mənim üçün böyük önəm daşıyıb və bu gün də elədir. Sevinirəm ki, bütün nailiyyətlərimdə milliyyətim azərbaycanlı olaraq yazılır. Bu gün mən idmandan tam ayrılmamışam. İdman karyeramı bitirdikdən sonra promotor kimi fəaliyyətə başlamışam, idman təşkilatım var, orada yarışlar keçirirəm bu təşkilatın adı altında. İlk yarışımı da 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etmişdim. Azərbaycandan da Londona 6 idmançı dəvət etmişdik. Ona görə deyirəm ki, milli maraqlarımızın orada önə çəkilməsi mənim üçün mühümdür. Atdığımız hər bir uğurlu addımda ölkəmizin adının çəkilməsi əsas məqsədimdir. Misal olaraq, deyim ki, hər hansısa bir yarışda qaliblərin mükafatlandırılması ilə bağlı titullu idmançıları təqdim etmək üçün məni səhnəyə dəvət etdikdə azərbaycanlı olduğumu vurğulayırlar. Bu mənə fərəh hissi verir. İndi bütün fəaliyyətim London şəhərindədir. Burada, demək olar ki, idman yarışları ilə yanaşı, dövlətimizin, xalqımızın milli maraqlarına xidmət edən bütün tədbir və aksiyalarda fəal iştirak edirik. Birmənalı olaraq biz orada azərbaycanlı fəallar kimi Vətənimizin səsiyik. Ona görə də ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin ətrafında dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, hər birimiz sıx birləşməliyik. Və bu bizim vətəndaşlıq borcumuzdur. Görkəmli şairimiz Məmməd Arazın dediyi kimi: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”.
Onu da oxucularımızın diqqətinə çatdıraq ki, Hafiz Baxşəliyev Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəridir. 2020-ci ildə Milli Qəhrəmanımız Polad Həşimovun şəhadətindən sonra tək Londonda olanlar deyil, Böyük Britaniyanın hər yerində yaşayan həmyerlilərimiz birgə qərara gəliblər ki, “Britaniya Azərbaycanlıları Assosiasiyası” adlı cəmiyyət yaratsınlar və istəklərini reallaşdırıblar. İlk cəmiyyətdir ki, kiminsə yaratdığı yox, icmanın özünün yaratdığı və seçdiyi həmyerlilərimiz orada təmsil olunur. 
Hafiz Baxşəliyev deyir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələri var. Komitənin sədri Fuad Muradov həmişə onlara dəstəkdir və onunla sıx əlaqədə olur, məsləhətləşir, ölkəmizin maraqları naminə addım atırlar.    
Biz də həmyerlimiz Hafiz   Baxşəliyevə, Britaniya Azərbaycanlıları Assosiasiyasının üzvlərinə Azərbaycanımızı uğurla təmsil etmək yolunda müvəffəqiyyətlər arzulayırıq!
Aidə İBRAHİMOVA
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri