Icma.az
close
up
RU
Yaponiyada böyük fəlakət xəbərdarlığı: 298 min insan həyatını itirə bilər

Yaponiyada böyük fəlakət xəbərdarlığı: 298 min insan həyatını itirə bilər

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İyul ayının 5-də Yaponiyada böyük fəlakətin baş verəcəyi bildirilir. Hətta Yaponiya hökuməti ölkənin cənub-şərqində gözlənilən dağıdıcı zəlzələ ilə bağlı xəbərdarlıq da edib.
Reyting.az
-ın məlumatına görə, səlahiyyətlilərin xəbərdarlığında bildirilir ki, Nankai qırağında baş verəcək güclü zəlzələnin 298 min insanın həyatına son qoyması mümkündür.
Baş nazir Şigeru İşiba çərşənbə günü Nazirlər Kabinetinin iclasında yerli hökumətləri, özəl sektoru və vətəndaş cəmiyyəti təşkilatlarını birgə hərəkətə keçməyə çağırıb. Görüşdə “Mümkün qədər çox insanın həyatını xilas etmək prioritetimizdir”,- mesajı verilib.
Mütəxəssislər qrupunun son qiymətləndirmələri həyəcanvericidir:
Nankai qırağı boyunca növbəti 30 ildə ən güclü zəlzələ ehtimalı 82 faizə qədər yüksəkdir. Bu risk qiymətləndirməsinə uyğun olaraq, hökumət evakuasiya sığınacaqlarının tikintisini sürətləndirmək qərarına gəlib.

Zəlzələnin episentri olacağı təxmin edilən Nankai çökəkliyi 800 kilometr uzunluğunda bir qırılma xəttidir. Burada okeanın dibindəki iki tektonik plitə toqquşur və hər 100-200 ildən bir böyük təkanlar baş verir. Son zəlzələ 1946-cı ildə qeydə alınıb.
Yaponiyada zəlzələlər bir reallıqdır: ölkədə ildə təxminən 1500 təkan olur. 2011-ci il martın 11-də 18 min insanın həyatına son qoyan və Fukusima nüvə fəlakətinə səbəb olan zəlzələ hələ də yaddaşlardan silinməyib.
Son zamanlar cəmiyyətdə daha bir narahatlıq dalğası yayılmaqdadır. Sosial mediada yayılan məşhur manqada Yaponiyanı fəlakətə sürükləyən zəlzələnin 2025-ci il iyulun 5-də baş verəcəyi proqnozlaşdırılır. Bu “öngörmənin” heç bir elmi əsası olmasa da, ictimaiyyət tərəfindən ciddi narahatlığa səbəb olub.
Səlahiyyətlilər gərginliyin artmaması üçün bu cür söz-söhbətlərə inanmamağın lazım olduğunu və hər ssenariyə hazır olmağı vacib sayırlar.
V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 İyul 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see261

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see211

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see154

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see146

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see137

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see137

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see137

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see136

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see135

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see132

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see129

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see126

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see126

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see126

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see125

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri