Yaponiyada növbəti güclü zəlzələ olub
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Yaponiyanın Honşu adasının cənub sahilləri yaxınlığında 5,6 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında deyilir.
Zəlzələ ocağı 20 km dərinlikdə yerləşib. Tokio yaxınlığındakı güclü zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.
Yeraltı təkan 561 min əhalisi olan Haçiojidən 24 km cənub-qərbdə, Otsukidən (əhalisi: 31,2 min) isə 10 km cənub-şərqdə baş verib.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Bizim.Media
Baxış sayı:153
Bu xəbər 26 İyun 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















