Icma.az
close
up
RU
Yaponiyada qida istehlakı vergisi azaldır

Yaponiyada qida istehlakı vergisi azaldır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 9 oktyabr, AZƏRTAC

Yaponiya Nazirlər Kabineti ərzaq və içkilərə tətbiq olunan istehlak vergisinin müvəqqəti azaldılmasını və gəlir səviyyəsinə əsaslanan maddi yardım proqramının tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, layihəyə əsasən, gələn ilin aprelində başlayacaq 2027-ci maliyyə ilindən etibarən 2 il müddətində ərzaq və içkilər üzrə istehlak vergisi 8 faizdən 1 faizə endiriləcək. Layihə, həmçinin aztəminatlı və orta gəlirli şəxslər üçün illik nağd ödənişlərin verilməsini nəzərdə tutur.

Hökumət qanun layihəsini parlamentin hazırkı növbədənkənar sessiyasına təqdim etməyi və sessiyanın başa çatacağı 12 dekabr tarixinədək onun qəbul olunmasını təmin etməyi planlaşdırır. Vergi endirimi və nağd yardım proqramının iki il ərzində təxminən 10 trilyon yen (63 milyard dollar) vəsait tələb edəcəyi gözlənilir. Bu isə inkişaf etmiş iqtisadiyyatlar arasında onsuz da zəif maliyyə vəziyyətinə malik olan Yaponiyanın büdcə dayanıqlılığı ilə bağlı narahatlıqları artırır.

Müxalifətdən olan deputatlar lazımi vəsaitin necə təmin ediləcəyi ilə bağlı suallar qaldırıb və yardım almaq üçün nəzərdə tutulan meyarların qeyri-müəyyən olduğunu tənqid ediblər.

Təklif olunan bu endirim verginin tətbiq edildiyi 1989-cu ildən bəri Yaponiyada istehlak vergisi dərəcəsinin ilk dəfə azaldılması demək olacaq. 2019-cu ilin oktyabrından etibarən standart vergi dərəcəsi 10 faiz təşkil edir; ərzaq və içkilərə (spirtli içkilər və restoranlarda istehlak istisna olmaqla) isə 8 faizlik azaldılmış dərəcə tətbiq olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri