Yaponiyalı alim Azərbaycanın qədim əhalisinin antropologiyası üzrə tədqiqatlar aparıb AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 16 yanvar, AZƏRTAC
Yaponiyanın Sapporo Tibb Universiteti Tibb Elmləri Məktəbinin anatomiya professoru Hirofumi Matsumura “Kəllə-sima dəyişkənliyinin əsasında insanın anatomik məskunlaşma formasını anlamaq üçün ikitəbəqəli model rekonstruksiyası” (Reconstruction of Two Layer Model to understand Anatomical Model Human (AMH) dispersal based on human craniofacial variability) layihəsi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Fondunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq layihənin əsas məqsədi iqlimə uyğunlaşma nəticəsində insanın kəllə-sima quruluşunun dəyişmə dinamikasını tədqiq etməkdir. Bu dəyişkənliyin qanuna uyğunluqlarının araşdırılması ovçu-yığıcıların və daha sonra əkinçi-maldarların yer üzünə yayılaraq yeni ərazilərdə məskunlaşmasını, özlərindən əvvəlki əhali ilə qarşılıqlı təsirlərini öyrənmək baxımından böyük əhəmiyyət daşımaqdadır.
İnstitutun Elmi Fondunda müxtəlif dövrlərə aid insan kəllə sümükləri toplandıqdan sonra Traseoloji və eksperimental arxeoloji laboratoriyada bərpa işləri və 3D geometrik-morfоmetrik çəkilişlər aparılıb.
Yaponiyalı mütəxəssisi Hacettepe Universitetinin Antropoloji bölümünün rəhbəri professor Yılmaz Selim Erdal müşayət edib. Tədqiqatda AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları da iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















