Yaponiyanın şimal şərqində yanğınlar nəzarət altına alınıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 28 aprel, AZƏRTAC
Yaponiyanın şimal-şərqində baş verən meşə yanğınları nəzarət altına alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğınlar İvate prefekturasının Otsuçi şəhərində başlayıb və nəticədə 3 mindən çox sakin təxliyə edilib.
Yanğınsöndürənlər və Yaponiya Özünümüdafiə Qüvvələrinin şəxsi heyəti, həmçinin helikopterlər alovun qarşısının alınması üçün səfərbər olunub. Yanğın ümumilikdə 1600 hektardan çox ərazini əhatə edib.
Qeyd olunur ki, yağan yağış yanğınların nəzarətə götürülməsinə kömək edib. Yanğının söndürülməsi işləri davam edir.
Bu mövzuda digər xəbərlər:Yaponiyanın şimal şərqində güclü zəlzələ baş verib
27 Mart 2026 06:20
İki F 35 qırıcısı Yaponiyanın şimal şərqində təcili eniş edib
17 Sentyabr 2025 15:16
Yaponiyanın şimal şərqində güclü meşə yanğını yağıntılara baxmayaraq davam edir
06 Mart 2025 10:45
İsrail Livanın şimal şərqində Hizbullahın obyektlərinə zərbələr endirir
15 İyul 2025 13:32
Baxış sayı:96
Bu xəbər 28 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















