Icma.az
close
up
RU
Yaponiyaya atom bombası hücumunun 80 ili: Rusiyanın nüvə şantajı

Yaponiyaya atom bombası hücumunun 80 ili: Rusiyanın nüvə şantajı

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası ilə hücumun 80-ci ildönümüdür. Avqustun 6-da Yaponiyanın Baş naziri Şigeru İşiba, eləcə də dünyanın bir çox ölkələrinin rəsmiləri bu faciəli hadisə ilə bağlı keçirilən tədbirdə iştirak ediblər. Bu münasibətlə sükut duası keçirilib.

1945-ci il avqustun 6-da ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" "B-29" bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb. "Balaca oğlan" 13-18 kiloton trotilə bərabər olub. Avqustun 9-da isə 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba)" adlanan atom bombası "B-29" təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb. Təyyarənin komandiri pilot Çarlz Suini olub. Xirosimaya atılmış atom bombası nəticəsində 90-166 min, Naqasakidə isə 60-80 minə qədər insan ölüb. Çox sayda insan isə radioaktiv maddə ilə şüalanıb. Bu hadisə nəticəsində çox sayda əlil uşaq doğulub. Günümüzdə də bu faciələrin qurbanları olur.

Yaponiyaya atom bombasının atılması İkinci dünya müharibəsinin bitməsi nöqtəsidir. Həmin aktdan sonra Yaponiya təslim olduğunu elan etdi. Bundan sonra bu ölkəyə bir sıra qadağalar tətbiq edildi. Yaponiyada yeni dövlət quruculuğu başladı.

ABŞ iki şəhərə atom bombasını atmaqla həm də dünyada başlıca güc mərkəzi olduğunu əyani şəkildə göstərdi. Bu, müharibədə özünü qalib sayan, habelə Avropanı ikiyə bölən SSRİ-yə də çox mühüm siqnal idi. Sovetlər bu silahı Xirosima hadisəsindən dörd il sonra əldə etdilər. Bununla ABŞ və SSRİ arasında "soyuq müharibə" başladı.

Həmin bombardman güclər arasında müharibəyə də son qoydu. Bu hadisədən sonra 80 ildir dünyanın aparıcı gücləri öz aralarında birbaşa müharibə etmir. Onlar maraqlarını, müasir terminlə ifadə etsək, proksi qüvvələr vasitəsilə təmin etməyə səy göstərirlər.

Dünya atom bombasının nümunəsində kütləvi qırğın silahı tətbiqinin faciəsinin miqyasına şahidlik etdi. Xirosima və Naqasakiyə atılan bombalar qlobal miqyasda atom-nüvə texnologiyası ilə bağlı bir sıra məhdudiyyətlər, təhdidlərin tətbiqinə əsas oldu:

- bu sahənin BMT Təhlükəsizlik Şurasının beş üzvü ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çinin qeyri-rəsmi monopoliyasına keçməsi;

- nüvə silahından çəkindiricilik məqsədilə istifadə edilməsi;

- bu texnologiyanın terrorçu qruplar əlinə keçməsi təhlükəsinin artması;

- güclərin bir-birinə qarşı atom silahı hücumu ilə hədələməsi.

Hazırda dünyada ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya atom silahına malik ölkələrdir.

ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin 1968-ci ildə Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləni imzalayaraq nüvə dövlətləri kimi tanınır. Hindistan, Pakistan, İsrail və Şimali Koreya bu müqaviləni hələ imzalamayıb.

Keçmiş sovet respublikaları Ukrayna, Qazaxıstan və Belarus da nüvə silahına sahib olub. 1992-ci il Lissabon protokolu əsasında onlar nüvə dövlətləri statusundan məhrum edildilər.

Hazırda əksər nüvə dövlətləri arsenallarının intensiv modernizasiyasını davam etdirir. Nüvə dövlətləri nüvə silahının sınağın keçirməyəcəklərinə dair müqavilə də imzalayıb. Ancaq 2023-cü ildə Rusiya bu müqavilədən çıxıb.

ABŞ iki şəhərə atom silahı ilə hücum etməklə 1941-ci il dekabrın 7-də Yaponiyanın etdiyi hücumun qisasını alıb. Həmin tarixdə Yaponiya Ştatların Havay adalarındakı Perl-Harbor hərbi-dəniz bazasına hücum etmişdi. Bu hadisə ABŞ-nin İkinci dünya müharibəsinə qoşulmasına səbəb olmuşdu. Həmin gün ABŞ Yaponiyaya müharibə elan etmişdi.

Odur ki, ABŞ bu hərəkətinə görə hələ də Yaponiyadan üzr istəməyib.

Rusiya Ukraynada apardığı müharibədə taktiki nüvə silahı tətbiqi ilə təhdid edir. Rusiya Milli Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev bildirmişdi ki, Ukrayna onlara qarşı "çirkli nüvə silahı atarsa", onlarda nüvə bombası atacaq. Bundan başqa bu müharibə zamanı Ukrayna ərazisində atom elektrik stansiyalarının təhlükəsizliyi daim diqqət mərkəzində olur.

Son illərin vacib məsələlərindən biri də İrandakı hakimiyyətin mənsub olduğu nüvə texnologiyasıdır. Tehran rəsmiləri bildirib ki, bu il iyunun 22-də ABŞ nüvə obyektlərini bombalamaqla İslam Respublikasının atom sənayesinə ciddi zərbə vurub.

İsrail, ABŞ və beynəlxalq ictimaiyyət İrandan nüvə texnologiyası sahəsində fəaliyyətini sıfıra endirməyi tələb edir. Hələ ki qarşı tərəf buna iddialı cavablar verir. Bununla belə yaxın günlərdə ABŞ və İslam Respublikası nümayəndələri arasında keçiriləcəyi gözlənilən birbaşa olmayan görüşdə nüvə məsələsi də müzakirə olunacaq.

Günümüzdə ABŞ və Rusiya bir-birinə qarşı nüvə silahı tətbiqi ilə bağlı tez-tez bəyanat verirlər.

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin ABŞ-ni nüvə silahı tətbiqi ilə hədəsini Donald Tramp real fəaliyyətlə cavablandırıb.

Ağ Evin indiki sahibi onun sosial şəbəkədəki yazılarına cavab verib:

"Mən bu məsuliyyətsiz və təhrikçi bəyanatların sadəcə sözdən daha artıq bir şey olduğu təqdirdə müvafiq bölgələrdə iki nüvə sualtı qayığının yerləşdirilməsi əmrini verdim".

Trampın göndərdiyi sualtı qayıqlardan sonra D.Medvedevin bir neçə gün sosial şəbəkədə status paylaşmadığına dair xəbərlər də yayıldı.

ABŞ prezidenti Rusiyaya Ukraynada müharibəni dayandırmaq üçün avqustun 8-dək möhlət verib. Əks halda RF-yə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib. Bu müddətin bitməsinə az qalır. Bu gün də Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvadadır və Putin tərəfindən qəbul edilib. Rusiya ABŞ liderinin şərtinin qəbul edəcəkmi? Medvedevin timsalında RF bu təklifi qəbul edənə hələ oxşamır. Nəzərə alsaq ki, qarşıda onların hələ iki günü var, o zaman vəziyyətin dəyişəcəyi ehtimalı qalır.

Tramp-Medvedev deyişmələri bir növ soyuq müharibə illərinin informasiya müharibəsi dövrünü xatırladır. Ona görə də Rusiyanın nüvə silahı ilə ABŞ-ni təhdid etməsi təhlükəli sayılır. Çünki federasiya beynəlxalq hüququ tapdayaraq Ukraynanın ərazi bütövlüyünü pozub, bir hissəsini işğal və ilhaq edib.

Yaponiyaya atom bombası ilə hücumdan təxminən 50 il sonra 1994-ci il dekabrın 5-də Macarıstanın Budapeşt şəhərində Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən sənəd imzalanıb. Bu sənəd Ukraynanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulması ilə əlaqədar təhlükəsizlik zəmanətləri haqqında Memorandumdur. Rəsmi Kiyev bu memoranduma qoşulmaqla nüvə silahından imtina edir, imza atan digər dövlətlər onun ərazi bütövlüyü və suverenliyinə zəmanət verirlər. Rusiya bu anlaşmanı pozmaqla nüvə silahı ilə bağlı məsələdə etibarsızlığını göstərir.

Şimali Koreya 2006-cı ildən 2017-ci ilədək altı dəfə nüvə silahı sınağı reallaşdırıb. Rusiyadan fərqli olaraq o, Nüvə Silahının yayılmaması haqqında müqaviləyə qoşulmayıb. Başqa sözlə, rəsmi Pxenyan atom silahının bu istiqamətdə müəyyən mənada məsuliyyəti azdır. Ancaq RF nüvə texnologiyasına malik ilk dövlətlərdən sayılır. Onun rəsmilərinin Ukraynanı nüvə silahı ilə tətbiqi ilə hədələməsi, yaxud ABŞ-yə bu məsələdə özünü göstərməsi təhlükəli sayılır. Nüvə silahı tətbiqinə dair açıqlamanı verən səlahiyyətli rəsmilər ciddi sayılmır. Çünki belə bəyanatların istənilən şəkildə reallaşması bumeranq effekti verər. Bu isə bəşəriyyət üçün təhlükəlidir. Dünya 80 il öncəki də deyil.

İndi bütün dövlətlər bir-biri ilə birbaşa iqtisadi bağları olmasa belə əlaqələri var. Radioaktiv şüaların qarşısını sərhəd xətləri ilə almaq olmur. Ona görə Xirosima və Naqasaki faciələri indi də güclərin təmsilçiləri üçün acınacaqlı görkdür. Bu hadisələr medvedevləri daha məsuliyyətli olmağa sövq edir. Odur ki, 80 il əvvəlki müharibənin, bundan təxminən 39 il öncəki dinc dövrdə baş verən Çernobıl faciəsinin acı nəticələrini unutmaq bütün baxımlardan korluq sayılır. Odur ki, kütləvi qırğın silahlarının utilizasiyası gecikir. Çünki koronovirus pandemiyası bu silahların tətbiqinin nəticəsini - boş şəhərləri, küçələri, meydanları, ofisləri, məktəbləri, uşaq bağçalarını əyani olaraq göstərdi.

"Report" informasiya agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Avqust 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri