Icma.az
close
up
RU
Yaralılar sağalmaq üçün deyil, ölmək üçün yardım istəyirdilər Çernobıl hadisələrinin şahidinin xatirələri

Yaralılar sağalmaq üçün deyil, ölmək üçün yardım istəyirdilər Çernobıl hadisələrinin şahidinin xatirələri

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 aprel, AZƏRTAC

“O vaxtlar metro tikintisi sahəsində işləyirdim. Bir gün gəlib dedilər ki, hazırlaş. Mənimlə bərabər, bir neçə nəfərin də adını çəkdilər. Əvvəlcə düşündük ki, haradasa yeni metro açılır, oraya ezam olunuruq. Yenə də dəqiqləşdirmək üçün hara gedəcəyimizi soruşduq. “Deyiləcək”, - deyib bizi daha da şübhəyə saldılar. Bizi narahat edən əslində briqadirin adlarımızı çəkərkən başını qaldırıb üzümüzə baxmağa çəkinməsi idi. Özü də bizimlə söhbətdən qaçırdı. Səbəbini isə sonradan bildik. Bizi Çernobıl AES-də baş vermiş qəza ilə əlaqədar yardım dəstəsinin tərkibində Ukraynaya göndərəcəkdilər”.

Bunu AZƏRTAC-a müsahibəsində II qrup Çernobıl əlili Məhərrəm Hüseynov deyib.

O, həmin illərin xatirələrini canlandırmağa bu cür davam edib: “Doğrusu, ilk eşidəndə çox narahat oldum. Çünki o vaxtlar ailəm, iki azyaşlı qızım vardı. Düşündüm ki, birdən mənə nəsə olsa, onlar necə olacaq? Briqadirdən xahiş etdim ki, məni ilk gedən dəstənin tərkibində göndərməsin, bir az daha ailəmlə vaxt keçirim. Əvvəlcə razılaşmadı. Axşamçağı işdən çıxanda yaxınlaşıb, “hələ sən gözlə, iyulda yeni dəstə gedəcək, o vaxta hazırlaş”, - dedi. Üç ay daha qızlarımla vaxt keçirə biləcəyim üçün çox sevinmişdim. İyul ayı idi. İyulun 26-da 30 yaşım tamam olacaqdı. Briqadir məni çağırıb “26 iyulda axşama hazır ol”, - dedi, “yaxşı”, - deyə cavab verdim. Evdə heçnə demədim. İyulun 26-da bütün yaxınlarımı, dostlarımı toplayıb həm ad günümü qeyd etdim, həm də bir növ vidalaşdım. Çünki qarşıda bizi nələrin gözlədiyini bilmək olmazdı. Faciənin nəticələrini eşitmək belə çox dəhşət idi. Hələ bir də onu canlı görmək, bəlkə də heç qayıtmamaq... Ad günümü qeyd etdikdən sonra hər kəs çıxıb getdi. Qızlar da artıq yatmışdı. Həyat yoldaşımı çağırıb, gedəcəyimi dedim. “Bəlkə bir də danışasan, vaxtı uzatsınlar”, - dedi. “Yox, söz danışıqdan keçər”, - deyib, hazırlaşdım. Qızları oyatmadan başlarından öpüb getdim. Faciənin dəhşətlərini Kiyevə daxil olduğumuz zaman artıq insanların gözündəki qorxu hissindən oxumaq olurdu. Pripyata doğru irəlilədikcə yanğınsöndürənlərin səsi, şəhəri bürümüş alovun tüstüsü, əzablar içində ağlayan insanlar, toz-duman insanı dəhşətə gətirirdi. Xüsusilə, ağlayan, nə olduğunu hələ anlamayan, amma böyüklərin narahatlığını elə onlar qədər hiss edən körpələri, uşaqları gördükcə insanın ürəyi parçalanırdı. Artıq burada olduğumuza görə bizə nə olacağını düşünmürdük, insanlara necə yardım edəcəyimizi fikirləşirdik.

İlk vaxtlar məni sürücü təyin etdilər. Orada olduğum müddət ərzində qəzaya çox yaxından şahidlik etdim. Yaralılar sağalmaq üçün deyil, ölmək üçün

yardım istəyirdilər. Ağrının şiddəti bəzən qəzada xəsarət alanları özlərinə qəsd etməyə belə məcbur edirdi. İnsanların bədənlərində deformasiyalar yaranmış, çox dərin, sağalmaz yaralar açılmışdı.

Partlayışdan dörd ay keçməsinə baxmayaraq, təsirləri hələ də insanlarda ciddi nəticələrə səbəb olurdu. Bunun üçün sadəcə Pripyatın havasını bircə dəfə udmaq kifayət idi. Ona görə insanlar buradan evakuasiya edilirdi.

İyirmi gün orada sürücü kimi işlədim. Məhv olmuş şəhərin əzablar içində qalan sakinlərini görmək artıq adiləşmişdi. Amma faciənin təsirləri gün keçdikcə daha da artırdı. İyirmi gün sonra müayinə olunduğum zaman məlum oldu ki, qəbul etdiyim radiasiya dozası çox yüksəkdir. Ona görə məni işləmək üçün yanacaqdoldurma məntəqəsinə göndərdilər. Yardım üçün gedən bütün maşınları tez bir zamanda yanacaqla təmin etmək işinə rəhbərlik artıq mənim məsuliyyətimdə idi. Biz orada üç aya yaxın qaldıq. Pripyatın havasını udduğum hər gün geriyə sağ dönəcəyimə ümidimi daha da azaldırd. Təsirlərini orada olduğum zaman hiss etmirdim. Düşünürdüm ki, bəlkə də mənə təsir etmir. Nəhayət Ukraynadakı ezamiyyə müddətimiz bitdi və biz möcüzəvi şəkildə sağ-salamat geri qayıtdıq. Amma salamat qayıda bilmədik...

Geri döndükdən bir müddət sonra saçlarım töküldü, qollarımda, bədənimdə şiddətli ağrılar başladı, ürəyim zəiflədi və ciddi ağrılar meydana gəldi. Hazırda II qrup Çernobıl əliliyəm. Lakin bütün bunlarla belə ürəyim sakit idi. Yardım edə bildiyimiz hər insan üçün sevinirdim, əsas odur ki, qızlarımın yanına sağ qayıtmışdım. Hətta 4 il sonra bir qızım daha oldu. Bəlkə də bu, Allahın mənə mükafatı idi. Gedərkən qızlarımı çox düşünmüşdüm və mükafat olaraq rəbbim mənə bir qız övladı daha vermişdi.

Bu gün Çernobıl haqqında söhbətlərimə qızlarım, nəvələrim də maraqla qulaq asır, sağ gəldiyimə çox sevinirlər. Mənim üçün isə sevindirici məqamlardan biri hər zaman Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin diqqət və qayğısını hiss etməyimizlə bağlıdır. Yaxşı yadımdadır, 2020-ci ilin dekabr ayının son günləri idi. COVID-19 pandemiyası yayılan zaman mən də bu amansız xəstəliyə tutuldum və çox ağır keçirirdim. Lakin birdən mənə zəng gəldi, “Salam. Məhərrəm Hüseynovla görüşürük?”, “bəli”, deyə cavab verdim. “Avtomobilinizi nə vaxt gəlib götürə bilərsiniz?”. Həmin sözlər sanki mənə ikinci həyat verdi. Həqiqətən də sağalmaq üçün sevinmək lazım imiş və doğrudan da bu sevinc məni sağaltdı deyə bilərəm. Bir neçə gün sonra gedib avtomobilimi götürdüm.

1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi daim diqqətdə saxlanır və Prezident İlham Əliyevin tapşırığına əsasən həmin istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir, Çernobıl AES-də əlilliyi olan vətəndaşların mənzillə və avtomobillə təminatı həyata keçirilir. Həmin diqqət və qayğıdan ötrü ölkə başçısına dərin təşəşəkkürümü bildirirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri