Icma.az
close
up
RU
YARAT da Nəsimi ruhu

YARAT da Nəsimi ruhu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

YARAT Müasir İncəsənət Məkanında yerli və xarici rəssamların əsərlərindən ibarət “Mən və gəmi, mən və böyük daşqın” adlı sərgi açılıb.

Salonda dahi Nəsimi fəlsəfəsindən bəhrələnən bir qrup istedadlı rəssamın əsərləri nümayiş olunur. Qrupun üzvləri arasında Tərlan Qorçu, Orxan Hüseynov, Əli bəy Hüseynzadə, Səlim Turan, Elturan Məmmədov (Azərbaycan), Mladen Milyanoviç (Bosniya və Herseqovina), Pavla Nikitina (Çexiya), Mixailo Alekseyenko, Volodimir Budnikov, Vlada Ralko (Ukrayna) və başqa ölkələrdən olan istedadlı fırça ustaları var.

Məqsəd təkcə Nəsimini bəşər tarixinin ən böyük mütəfəkkirlərindən biri kimi yad etmək deyil, həm də şairin həyatın mənası haqqındakı dərin və fəlsəfi düşüncələrini göstərməkdir.

Sərginin kuratoru ukraynalı incəsənət tənqidçisi Konstantin Vladirimoviç Doroşenko ekspozisiyalar haqqında danışarkən deyib:

– Nəsiminin mətnlərini diqqətlə oxusanız, özünüzü necə inkişaf etdirmək və dünyanı dəyişmək barədə çoxlu işarələr tapa bilərsiniz. Onun dili müasir səslənməsə də, ideyalarının mahiyyəti aktual olaraq qalır. Nəsimi, daxili harmoniyanın əhəmiyyətindən və insanın dünya qarşısında məsuliyyətindən danışarkən deyirdi ki, dünyada hər şey insandır və bu, mütləq həqiqətdir. Axı bizim hər birimiz ayrı bir dünyayıq.

Ekspozisiyada, həmçinin klassik muğam ənənələrini təbiətin xoş sədaları ilə birləşdirən nadir audiovizual instalyasiya da təqdim olunur.

Qeyd edək ki, sərgi bu il oktyabrın 26-dək davam edəcək.

S.FİDAN
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri