Icma.az
close
up
RU
YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub AZƏRTAC

YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-da YARAT Müasir İncəsənət Məkanın dəstəyi ilə XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisinin açılış mərasimi keçirilib.

YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla bitirib. Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 4 fərqli buraxılış layihələrini hazırlayıblar.

AZƏRTAC-a müsahibəsində Əməkdar rəssam Sabina Şıxlinskaya YARAT Müasir İncəsənət Məktəbinin final sərgisi, birillik nəzəri kursun uğurlu nəticəsini qeyd edərək, tamaşaçıları unikal və rəngarəng multimedia şousuna dəvət edib.

"Bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində bu məktəbin rəhbəri Sabina Şıxlinskayanın “sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır.

Hegel fəlsəfəsinin dialektik arqumentasiya metoduna görə, hərəkət bizi qaçılmaz olaraq başladığımız nöqtəyə gətirib çıxarır. Beləliklə, biz “sonsuz sayda sonluqlar” ilə qarşılaşırıq. Lakin sonluqlar bu sərhəddə daim qeyb olurlar. Həqiqi sonsuzluq özündə iki əsas aspekti birləşdirir: sonsuzluğun özü və daim formalaşan sonluq. Bu sonsuzluqda sonluq yox olur və yalnız həqiqi sonsuzluq, yəni öz-özlüyündə mövcud olan varlıq qalır, çünki artıq başqa heç nə mövcud olmur.

Hegelin “sonluq yalnız öz təbiəti vasitəsilə sonsuzluğa çevrilməkdən ibarətdir” dünyagörüşü paradiqmasının mahiyyəti müasir dövrün fəlsəfi meyilləri ilə bir çox cəhətdən uyğunluq təşkil edir.

Metamodernizmin praqmatik romantizmi, sonsuzca uzaqlaşan üfüqü izləməyə cəhd göstərərkən, bir-birinə zidd keyfiyyətləri eyni anda birləşdirir: məntiqi ardıcıl və absurd, ciddi və uğursuzluğa məhkum, lakin yenə də nikbin və ümidlərlə dolu. Anlayaraq ki, titrəmələr təbii dünya nizamıdır, məhdudiyyətlər isə hər bir hərəkətə və qavrayışa xasdır. Müasir texnologiyaların imkanları isə bizə dünyanı müxtəlif baxış bucaqlarından görməyə şərait yaradaraq, eyni anda həm futurist, həm də keçmişə nostalji ilə baxan bir mövqedə dayanmağa imkan verir.

Müasir insanın aktual mövcudluğu, özünün həqiqi mənasında, iki qütb arasındakı gərginlikdən – dünyəvi və ilahi, mükəmməl və natamam, həqiqət və yalan, nizam və xaosdan qaynaqlanan bir vəziyyət kimi açılır. Bu mövcudluq, “indinin sərhədlərini gələcəyin imkanlarına doğru dəyişməklə” öz ifadəsini tapır. Sonsuza uzaqlaşan üfüqün ardınca qaçmaq isə məhz müasir insanın qismətidir”, - deyə S.Şıxlinskaya bildirib.

Qeyd edək ki, sərgi fevralın 2-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri