Icma.az
close
up
RU
YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “Sonluqdan Sonsuzluğa” yekun sərgisini təqdim etdi FOTO

YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “Sonluqdan Sonsuzluğa” yekun sərgisini təqdim etdi FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin "SONLUQDAN SONSUZLUĞA" yekun sərgsini təqdim etdi.

YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidissiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək 4 fərqli buraxılış layihələrini hazırlamışlar.

YARAT Müasir İncəsənət Məktəbinin "Sonluqdan sonsuzluğa" adlanan builki final sərgisi birillik nəzəri kursun uğurlu nəticəsini qeyd edərək, sərginin açılışında iştirak edən 700-ə yaxın tamaşaçı kütləsinə unikal və rəngarəng multimedia şousu təqdim etdi. Bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində bu məktəbin rəhbəri Sabina Şıxlinskayanın "sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət" konsepsiyası dayanır.

Hegel fəlsəfəsinin dialektik arqumentasiya metoduna görə, hərəkət bizi qaçılmaz olaraq başladığımız nöqtəyə gətirib çıxarır. Beləliklə, biz "sonsuz sayda sonluqlar" ilə qarşılaşırıq. Lakin sonluqlar bu sərhəddə daim qeyb olurlar. Həqiqi sonsuzluq özündə iki əsas aspekti birləşdirir: sonsuzluğun özü və daim formalaşan sonluq. Bu sonsuzluqda sonluq yox olur və yalnız həqiqi sonsuzluq, yəni öz-özlüyündə mövcud olan varlıq qalır, çünki artıq başqa heç nə mövcud olmur.

Müasir insanın aktual mövcudluğu, özünün həqiqi mənasında, iki qütb arasındakı gərginlikdən - dünyəvi və ilahi, mükəmməl və natamam, həqiqət və yalan, nizam və xaosdan qaynaqlanan bir vəziyyət kimi açılır. Bu mövcudluq, "indinin sərhədlərini gələcəyin imkanlarına doğru dəyişməklə" öz ifadəsini tapır. Sonsuzca uzaqlaşan üfüqün ardınca qaçmaq isə, məhz müasir insanın qismətidir.

Sərgi: "Sonlqdan sonsuzluğa"
Kurator: Sofiya Frank
Art menecer: Tunar Amirov
Rəssamlar: Ellada Ağayeva, Xəyalə Əkbər, Aliya The Mushroom

"Dəyişkən kimliklər" sərgisi
Kurator: Mənsurə Məmmədəliyeva
Art menecer: Nigar Nağdıyeva
Rəssamlar: Ramil Aliev, Fidan Əbilova, Sabina Jafar, Lemontin, Aytac Məcnun, Darya Safarova, Nara Safarova, Valentido

"Utopiyanın fraqmentləri" sərgisi
Kurator: Murad Mir-zadə
Art menecer: Aqnessa Tariverdiyeva
Rəssamlar: Aliya Bayramova, Jalə Əzizova, Leyla İsayeva, Zərifə Ramazanova, Kamran Vəlizadə, Məryam Yusifəliyeva, Timur Zaripov (xylith)

"3-ün dairəsindən azadlığa bir nəfər" sərgisi
Kurator: Əminə Manafova, Elçin Hüseyn
Art menecer: İbrahim Mirzəyev
Rəssamlar: Nurlan Babazadə, Bəxtiyar Zaidzadə (BAXO), Lamia Kamilova

Sərgilərin tarixləri: 10 yanvar - 2 fevral

Sərgilərin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00-20:00
Məkan: XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyi

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri