Icma.az
close
up
RU
Yardımlıda həmkəndlilər arasında dava: “Eşşəyini öldürüb atdım suya...” TƏFƏRRÜAT

Yardımlıda həmkəndlilər arasında dava: “Eşşəyini öldürüb atdım suya...” TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yardımlı rayonunda həmkəndlilər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Kürəkçi kəndi ərazisində yerləşən “Qurukolat” adlanan yerdə baş verib. 
Kənd sakini, 1988-ci il təvəllüdlü Samir həmin yerdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı ağac parçası ilə həmkəndlisi Naibə vurub. Ona döş qəfəsinin arxa hissəsinin yumşaq toxumalarının əzilməsi nəticələnən xəsarətlər yetirib. 
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, hadisə günü saat 12-13 radələrində Yardımlı  rayonu Kürəkçi kəndi ərazisində yerləşən ərazidə şəxsi təsərrüfatında olan heyvanları otararkən həmkəndlisi Naibin orada olan gölün yanında yeyib-içdiyini, onun anasını və bacısının adını çəkərək söyüş söydüyünü görüb: 
“Mən zərərçəkmiş şəxsin yanına getdim. Məni gördükdən sonra da söyüş söyməkdə davam etdiyini gördüm. Bu zaman əsəbləşərək əlimdəki ağac parçası ilə onun kürək nahiyəsinə 3-4 dəfə zərbə vurdum. Bundan sonra Naibin qardaşının yanına getdim. Qardaşına Naibin  ailə üzvlərinin ünvanına söyüş söydüyünə görə vurduğumu bildirdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Naibin sözlərinə görə, şəxsi təsərrüfatında olan heyvanları Yardımlı rayonu Kürəkçi kəndi ərazisində otarıb və saat 12-13 radələrində həmin heyvanları su içmək üçün yaxınlıqda olan gölün yanına aparıb: 
“Həmin vaxt özümdə yemək yeməyə başladım. Təqsirləndirilən şəxs mənimlə mübahisə etmək üçün heyvanlarımı öz torpaq sahəsinə tərəf yönləndirdi və yemək yeyən zaman arxadan gələrək kürək nayihəmə zərbələr endirdi. Mən Sahibin arxadan gəldiyini görməmişəm. Daha sonra təqsirləndirilən şəxs yaşadığımız kəndə doğru getdi. Kəndin yaxınlığında qardaşım Sahib ilə rastlaşıb. Sahibə “eşşəyini öldürüb atdım suya, get, leşin gətir” deyib. Bir az keçəndən sonra qardaşım yanıma gəldi və qoluma girərək məni yaşadığım evə apardı”.
Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri