Icma.az
close
up
RU
Yardımlıda peşə məktəblərinin vəziyyəti araşdırılmalıdır EKSPERT

Yardımlıda peşə məktəblərinin vəziyyəti araşdırılmalıdır EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Ümid edirəm ki, Dövlət Agentliyi problemin həllində iştirak edəcək"

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu doğma yurdu Yardımlıya səfəri zamanı peşə məktəbinin acınacaqlı durumda olduğunu görüb. Sosial şəbəkə hesabında bu barədə məlumat paylaşan naşir qeyd edib ki, peşə məktəbinin binası uçuq-sökükdür, uzun illəridir təmir edilmədiyi aydın görünür. Sinif otaqları soyuq, təmirsizdir, normal tədris keçilməsi üçün heç bir şərait yoxdur. Vəziyyət o həddə çatıb ki, şagirdlər isinmək üçün çölə çıxır. Otaqların tavanı tökülür, divarlar uçmaq üzrədir. Ş.Xuduoğlu yeniyetmələrin müəyyən ixtisaslara yiyələnməsi üçün vacib olan belə bir təhsil-peşə məktəbinin acınacaqlı halda olmasından təəssüfləndiyini ifadə edib.  

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi isə “Sherg.az”a açıqlamasında bildirdi ki, əgər hansısa peşə məktəbində infrastruktur baxımından vəziyyət acınacaqlıdırsa, şagirdlərin normal tədris keçməsinə şərait yoxdursa, problemin aradan qaldırılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müvafiq işlər görülməlidir: 

- Həmin müəssisədə təhsil alanlar və təhsil verənlərin həyatı üçün təhlükə varsa, yeni bina tikilməli, yaxud da bina əsaslı təmir edilməlidir. Bunun üçün də Agetnlik tərəfindən müvafiq tapşırıq verilməlidir, tikinti və ya podratçı şirkətə. Dövlət başçısı tərəfindən peşə təhsilinə xüsusi önəm verilir. Son zamanar cənab Prezident tərəfindən imzalanan sərəncamlar da göstərir ki, dövlət ixtisaslı kadrların hazırlanmasında maraqlıdır. İmzalanan sərəncamlara əsasən 2028-ci ilədək müxtəlif bölgələrdə peşə təhsili məktəblərinin tikintisi nəzərdə tutulur. Peşə məktəblərinin bölgələrdə olması gənclərin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının formalaşmasına, həmçinin rayonun ümumi inkişafına mühüm töhfə vermiş olar. O cümlədən də Yardımlıda. Peşə məktəblərinin vəziyyəti daim araşdırılmalı, yoxlanmalı, çatışmazlıqlar aradan qaldırılmalıdır. Ümid edirəm ki, Dövlət Agentliyi problemin həllində iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri