Icma.az
close
up
RU
Yarım milyard Xankəndidə idi… Fotolar KONKRET

Yarım milyard Xankəndidə idi… Fotolar KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan son illərdə tarixinin ən şanlı səhifələrini yaşayır. Vətən müharibəsində qazanılan qələbədən sonra dövlətimiz gücünə güc qatır.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, aydın məsələdir ki, Azərbaycanın belə güclənməsini qəbul etməyən qüvvələr də var. İstər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonrakı proseslərdə xarici təzyiqlərə məruz qalırıq.

Amma Azərbaycan hakimiyyəti bunların heç birinə boyun əymir. Kimə necə lazımdırsa, layiq olduğu tərzdə cavabını da verir. Biz ta illər öncəsindən bəyan etmişik ki, Azərbaycanla şantaj dilində danışmaq olmaz.

Eyni zamanda Azərbaycan xarici siyasətini də çox dəqiq yürüdür. Bu, təbii ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bölgədə və dünyada baş verəcək proseslər öncədən sezilir və zamanında buna uyğun addımlar atılır.

Digər ölkələrin bir-biri ilə münaqişəsində Azərbaycan tərəf olmur, lazım gəlirsə, sadəcə, humanitar dəstəyini sərgiləyir.

Son günlərdə isə Rusiya ilə yaşanan siyasi kriz heç kimə sirr deyil. Bəziləri əhalisi və ərazisi balaca olan bir dövlətin Rusiyaya qarşı bu cür tələbkar davranmasına təəccüblənir.

Amma təəccüblənməli heç nə yoxdur. Bu prosesin bir tərəfindən Rusiya varsa, digər tərəfində tam əmin olduğumuz, güvəndiyimiz Azərbaycan dayanır. Və bu dövlət, bu hakimiyyət vətəndaşlarının güvənini hətta ona bəzən inanmadıqları vaxtda da boşa çıxarmayıb.

Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra “Bəs Xankəndi?” deyilən yerdə bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir və Qarabağa təyyarə ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və digər ölkələrin rəhbər şəxsləri gəlir.

Tədbirdə iştirak edirlər, Qarabağı gəzirlər, çay süfrəsi ətrafında söhbət edirlər, qardaşlıq, dostluq mesajları verirlər və xatirə şəkli çəkdirirlər.

Təkcə 241 milyon Pakistanın, Türkiyə və İranın hərəsinin 85 milyon əhalisi var. Yəni, təkcə bu üç ölkə dünya əhalisinin təxminən yarım milyardını təşkil edir. Belə güclü dövlətlərlə dostluq münasibətlərini bu səviyyədə dərinləşdirmək isə güclü siyasət tələb edir ki, bunun da təsdiqini bu gün bir daha Xankəndidə, Azərbaycanın döyünən ürəyi Qarabağda gördük.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyul 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri