Icma.az
close
up
RU
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? Kimlər öz milli dilini anlayır?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün görkəmli ədib, ictimai-siyasi xadim, publisist, pedaqoq Ömər Faiq Nemanzadənın doğum günüdür.
Kulis.az bu münasibətlə onun "Millilǝşmǝk" adlı silsilə məqalələrindən birinci yazını təqdim edir.


Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddasatından (müqəddəs dəyərlərindən), iman və etiqadından az-çox əl çəkdiyi halda, milli dilindən əsla va əsla vaz keçməmişdir.

Və heç vaxt da keçəmməz. Çünki bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudiyyətidir. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir.
Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv ediləmməz. Dili kəsilməyən millətin vücudu kəsiləmməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.
Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyadə, dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır. Hala, zəmanəmizdə milli ədəbiyyatına malik olmayan bir millətə həddi-rüşdə (yetkinlik yaşına) çatmamış bir bala nəzərilə baxılıb Cəmiyyəti-Əqvam (Millatlar cəmiyyəti) ailəsinə qəbul edilməməsi, öz müqəddəratının özünə verilmək istənilməməsi bizim kimi öz dil və ədəbiyyatını sevməyənlər üçün nə gözəl bir dərsi ibrətdir.
Əlifba va ədəbiyyatlarının mövcudiyyətini min il qabaqlara çıxaran və bununla köhnə bir mədəniyyətə sahib olduqlarını iddia edən millətlər boş görüntü üçün deyil, iştə bu gün üçün, bugünkü Cəmiyyətl-Əqvam imtahanı üçün hazırlanırlardı. Və bu gün də özünü qanan hər millət səbilikdən (körpəlikdən) qurtulmaq, həddi-rüşdə çatmaq və ya onu keçib mərtəbeyi-əhliyyətə (səlahiyyətli olmaq dərəcəsinə) yetişmək üçün bütün var qüvvələrini milli dil və ədəbiyyatlarının tərəqqisinə sərf etməkdə və bu səyin dərəcəsi nisbətdə istibdad və cəhalətin pənceyi-zülmündən qurtulub hürriyyət və müsavata nail olmaqdadırlar. Çünki bu gün ən acı təcrübələrdən sonra qəti və müsbət (isbatlanmış) bir həqiqət olaraq qəbul edilmişdir ki, insanları qara cəhalətdən, istibdaddan xilas edən yalnız və yalnız ədəbiyyatdır.
Müstəbid hökumətin, keyfi (özbaşına) idarənin, zalımanə üsulun ən böyük düşməni ədəbiyyatdır. Ədəbiyyat olan yerdə istibdad, istibdad olan yerdə ədəbiyyat yaşayammaz. Bu səbəblə idi ki, müstəbid və zalım padşahlar keyfi idarələrinin bəqə və davamı (daimi olması) üçün ən ziyadə müraciət etdikləri tədbir ədəbiyyatı qismaq, hürr mətbuatı yox etməkdi.
Milli ədəbiyyatın silahdan min kərə güclü, əhəmiyyətli olduğunu bu gün hər kəsdən ziyadə qananlar hər dürlü qailə (dard, sıxıntı) və keşməkeşlər içində ola-ola ən ziyadə qeyrət və səylərini milli ədəbiyyatın tərəqqisinə, ülumun nəşrinə (elmlərin yayılmasına) sərf edirlər. Çünki yaxşı bilirlər ki, xalq hürriyyət və müsavatın qədrini, ləzzətini ancaq və ancaq öz milli dilləri ilə anlaya bilərlər. Və yenə ancaq bu anlayışla hürriyyət və istiqlalın mühafizəsi uğrunda fədayi-can edə bilərlər. İştə bu düşüncələrə görədir ki, bu gün xüsusiyyəti-milliyyənin yeganə şüarı olan "milli dil"in mühafizə və tərəqqisi uğrunda ən ziyadə çalışanlar sosialistlərdir. Bu isə onlar üçün təbii, bir qüsur deyil, bəlkə, fəzilətdir.
Doğrudan da, görürüz ki, dil məsələsində ən mütəəsib (təəssübkeş, konservativ) millətçilik edənlər yarım-mədəni hindlilər, əfqanlar, türkmanlar deyil, mədəni ukraynalılar, polyaklar, bolşevik ruslar, sosialist gürcülərdir.
Əcəba biz nasıl?

“Azərbaycan” qəzeti: №327, 21 təşrini-sani (noyabr) 1919

XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər? Nargin adasında sızıldayan sümüklər - Böyük yazıçı ilə ilk və son görüş “İgidlərin sözü” layihəsinin ikinci antologiyası təqdim olundu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri