Yarışlara qatılandan məni toylara ÇAĞIRMIRLAR
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanlı xanəndə və idmançı Pərviz Qasımov canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, müğənni son illərdə toy məclislərinə daha az dəvət aldığını açıqlayaraq maraqlı etiraf edib.
Qasımov bildirib ki, 2023-cü ildən yarışlara qatılmağa başladıqdan sonra insanların ona münasibətində dəyişiklik hiss edib:
"2023-cü ildən yarışlara qatıldandan sonra məni toylara çağırmırlar. Mənə də maraqlı gəldi. Sənət öz yerindədir, mən məclisə yarış geyimində getmirəm ki...".
Xanəndə insanların onun haqqında formalaşdırdığı düşüncədən də gileylənib. O qeyd edib ki, bəziləri artıq onu yalnız idmanla əlaqələndirir:
"İnsanların fikrində o qalıb ki, niyə çağıraq? Bir məclisə qonaq qismində getmişdim, söz verdilər ki, sən də oxu. Oxudum, alqışlar dayanmadı. Toy yiyəsinə dedim ki, elə məni çağırardınız, başdan-ayağa oxuyardım da...".
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun həm sənətdə, həm də idmanda uğur qazanmasının təqdirəlayiq olduğunu bildirib. Bəziləri isə toy sahiblərinin sənətçiyə qarşı yanaşmasının düzgün olmadığını qeyd edib.
Pərviz Qasımovun səmimi etirafı izləyicilər arasında müxtəlif fikirlər yaradıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 May 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















