Icma.az
close
up
RU
Yas biznesində kim qazanır?

Yas biznesində kim qazanır?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Kubra Məhərrəmova yazır...

Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğvi ilə bağlı xəbərlər aldıq. Əlavə olaraq qeyd edilir ki, əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnirlər. Kaş, bu qanun bütün Azərbaycanda işləyə, ağına-bozuna, vəzifə və ad-sanına baxılmadan hamıya tətbiq edilə. Çünki baş verənlər artıq bütün mümkün olan xətləri keçib.

Azərbaycanda yas artıq böyük sənayeyə - biznesə çevrilib, toy kimi.

Toyun nişanı, elçiliyi, xınası və s. olduğu kimi, yas mərasimini də o günə qoymuşuq. Belə getsə bir gün görəcəyik ki, rəqqasə əlində aş-qara yas məclisinə daxil olur. VİP qonaqlar da rəqqasənin cibinə pul basır.

Dəfni, üçü, yeddisi, cümə axşamları, qırxı, ili, bananı, çayı, halvası, bahalı şokolad-konfeti, ərəb xurması, noxudlu dovğası, aşqarası və s. Hamımız gülürük, amma hamımız bir-birimizin bəhsinə küncütlü fıstıqla marmeladı süfrəyə lap bol düzürük. Bu məqamda bir anlıq əlinizi saxlayın və düşünün, küncütlü fıstığın ölüyə nə xeyri var?

Təsəvvür edin ki, bir ailənin bir ağbirçəyi və yaxud bir ağsaqqalı rəhmətə gedib. Təbii ki, cavanların həyatlarını itirməsi birmənalı olaraq bütün mədəniyyətlərdə və bütün xalqlarda faciədir. Elə ona görə də təsəvvür edəcəyimiz bu səhnəni yaşda böyük insanların ölümü ilə əlaqələndiririk.

Beləliklə, artıq bir insan həyatını itirib və ailə üzvləri o adam canını tapşıran andan təşvişə düşür. Çünki beynində bir anın içində bir neçə problemi həll etməlidir.

Bir, tezliklə dəfn etməlidir ölünü, onun üçün məzar yeri tapmalıdır, onun pulunu ödəməlidir. Baxmayaraq ki, Azərbaycanda hamı deyir ki, məzar yerləri pulsuzdur. Amma bu, ancaq sözdə belədir. Əslində isə pulun yoxdursa, ölün ortada qalacaq. Qısa və konkret!

Nə isə, ikinci vacib bir məqam isə odur ki, ailə üzvləri əzizini torpağa tapşırmamış, artıq düşünür ki, hansı yeməkləri bişirməlidir, hansı mollanı gətirməlidir, xurmanı, qoğalı, yağı, pendiri, çörəyi, lavaşı haradan almalıdır, halva bişirənləri haradan çağırmalı, çadır quranları haradan gətirməlidir?

Üçüncüsü bütün bunlar üçün pulu haradan tapmalıdır? Bankdan kredit götürməlidir, yoxsa qohum-qonşudan borc almalıdır?

Bu hadisə orta statistik hər bir azərbaycanlının yaşadığı və ya yaşayacağı ən böyük imtahandır. Doğma adamını itirməyi bir yana, gəl indi ölünü "hörmətli" yola sal. Bu məqamda icazə verin sizə bu ənənələrin haradan gəldiyi barədə məlumat verim.

Ölən adamı dəm-dəsgahla yola salmaq ənənəsi qədim animizm və şamanizmdən gəlir. Bəli, bəli, ölən adamın ruhunu şad etmək və ruhunun o biri dünyaya rahat keçidini təmin etmək üçün bu mədəniyyəti daşıyan xalqlar dəfn mərasimini toy-bayram səviyyəsində keçirdirlər. Mütləq şan-şöhrətli dəfn, gen-boluna açılmış süfrələr, dolu qablarda yeməklər, iribuynuzlu heyvan(lar)ın kəsilməsi və s.

İndi isə müqayisə aparaq.

Bizdə nə baş verir? Yağı axan ət qovurması, qazan-qazan plovlar, cürbəcür yeməklər, şirniyyatlar, bayram süfrəsi kimi bəzədilən masalar, "öpüşən" bananlar.

Yan-yana qoy bax şəkillərə. Fərq tapsanız deyin.

Amma reallıq ondan ibarətdir ki, bəlkə də, rəhmətə gedən adam sonuncu dəfə aş-qaranı elə kiminsə yas mərasimində yeyib.

Ölkənin sosial cəhətdən imkanı yüksək səviyyədə olmayan insanları var. Amma ətrafı, kəndi-obası, şəhəri-qəsəbəsi onu məcbur edir ki, borca girib, bu boyda həngaməni yaşasın. Ölüsünün ardınca ağlaya bilməyən adam, bankdan və ya qonşudan aldığı borca görə ağlamağa başlayır. Ölü yiyəsinin maddi imkanı heç kimə maraqlı deyil. Eləməlisən, vəssalam!

Cəmiyyət dediyimiz isə yas mərasimində yalnız rişxənd və qeybətlə məşğuldur. Mütləq məclisdə nəyəsə "mız" qoyub, "xəsis" və "xeyirsiz övlad" damğasını vurub gedir. Yas mərasimləri cəmiyyət üçün əyləncəyə çevrilib. Son 50-100 ildə formalaşan bu "adət-ənənə" adı altında isə çox böyük pullar qazanılır. Özü də ölü yiyəsinin seçimi olmadan ondan bu pullar qoparılır.

Bəs, islam dinində dəfn mərasimi necə buyurulub və hansı qaydalara əməl olunmalıdır?

İslam dininə görə yas mərasimləri çox sadə və təmkinli olmalı, dəfn tez bir zamanda həyata keçirilməlidir.

İkincisi yas müddəti cəmi üç gündür. Bununla bağlı dini ədəbiyyatda və qaynaqlarda xeyli məlumat mövcuddur.

Üçüncüsü isə bir hədisdə rəsulullah (s.ə.s.) buyurur: "Yas zamanı yemək bişirmək müsibət sahibinə deyil, onun qonşularına və yaxınlarına düşər".

Yəni islam dinində ölüm və yas mərasimi ilə bağlı hər şey sadə və şəffafdır.

Ölü dəfn olunur, üç gün matəm saxlanılır və yemək-içmək, qonaqlıq süfrələri açılmır. Dərd içində olan adama yeməyi onun qohum və qonşuları gətirir.

Bu qədər saf və gözəl dinin buyurduğunu bir kənara atıb, Allaha özümüzü daha yaxşı göstərmək üçün vermədiyimiz hoqqa, çıxartmadığımız oyun qalmayıb. Halbuki Allah bizdən sadəcə israfdan uzaq durmağı, sadə və təvazökar həyat sürməyi istəyir. Əlimizdə olanları şan-şöhrət üçün deyil, həqiqətən də ehtiyacı olanlarla bölməyimizi istəyir. İslam dini sosial bərabərliyin bərqərar olması üçün bütün qayda-qanunları müəyyən edib. Amma təkcə biz azərbaycanlılar şamanizm adətlərinə uyğun ölünü dəfn edir, islam dinində olmayan bir sıra ritualları yerinə yetirərək qonaqlıq veririk ki, "ölünün ruhu şad olsun".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see269

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see190

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri