1 saat xəstəxanada olduq, 5 ölüm eşitdik Qalmaqallı Appro Hospital dadan yenə ŞİKAYƏT var
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ramanada yerləşən "Appro Hospital"da ölüm hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, 56 yaşlı, indiyədək ürək problemi olmayan bir şəxs tibbi müdaxilədən sonra dünyasını dəyişib.
Yaxınları hadisə ilə bağlı xəstəxanın həkimi Rafiq Xəlilovu günahlandırır.
Qeyd edirlər ki, xəstəxanada ona stend qoyulduğu bildirilib. Yaşayıb-yaşamadığı barədə məlumat isə yaxınlarına bir müddət verilməyib:
"1 saat xəstəxanada olduq, 5 ölüm halı haqda eşitdik. Xəstəxana deyil, qəssabxanadır elə bil".
Qeyd edək ki, daha öncədə xəstəxanın adı müəyyən qalmqallarla gündəmə gəlib.
Belə ki, 10 sentyabr 2025-ci il tarixində həmin xəstəxanada neyrocərrahlar Nazim Verdiyev və Elşən Hüseynzadə tərəfindən əməliyyat olunan qadın komaya düşüb. Oğlu qeyd edib ki, həkimlər əməliyyat zamanı anasının şah damarındakı şişi zədələyiblər, lakin bu barədə ailəyə məlumat verilməyib.
Bunda başqa qəza nəticəsində ağır xəsarət alan həkim Əliağa Quliyevin ailəsi sözügedən xəstəxanada 37 günlük müalicə müddətində xəstəyə qeyri-ciddi və etikadan kənar münasibət göstərildiyini iddia edir. Bildirilir ki, ailədən təxminən 40 min manat ödəniş alındıqdan sonra xəstənin xəstəxanadan çıxarılması üçün təzyiq göstərilib. Şikayətçi qeyd edib, xəstə çıxarıldıqdan sonra bu münasibətlə həkim Ağadadaş Qasımova tort alıb bunu qeyd ediblər.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















