Icma.az
close
up
RU
Yas mərasimlərində PUL YIĞIMI Adət, yoxsa mənəvi borc tələsi?

Yas mərasimlərində PUL YIĞIMI Adət, yoxsa mənəvi borc tələsi?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Artıq bir çox rayonlarda yas mərasimlərində ehsan süfrələrinin təşkili qadağan edilib. Bunun ardınca cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də yaslarda pul yığmaq adətidir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, yas mərasimlərində dəftər və siyahı ilə pul yığmaq həm dinə, həm də milli adət-ənənələrimizə ziddir:
“İslam dininə görə yas düşən ailəyə insanlar maddi və mənəvi dəstək göstərməlidirlər.
Bu, pul, ərzaq və ya yemək şəklində ola bilər. Amma dəftərə yazdırmaq ölü sahibini borclu etmək, onun üzərinə minnət qoymaq deməkdir. Bu hal sanki kafedə yemək yeyib haqqını ödəməyə bənzəyir. Daha sonra həmin məbləğin qarşı tərəfdən geri tələb olunması isə narazılıq və dedi-qoduya səbəb olur”, - deyə ilahiyyatçı vurğulayıb.
Tural İrfan əlavə edib ki, əvvəllər ölkədə daha sağlam bir adət mövcud olub, yas evinin qapısında sandıq və ya qab qoyular, başsağlığına gələnlər imkanları daxilində ora pul atardılar. Kimin nə qədər yardım etdiyi isə gizli qalardı:
“Dinimizdə də buyurulur ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Odur ki, əgər təmtəraqlı ehsanlar ləğv edilirsə, yaslarda dəftər və borc siyahısı da aradan qaldırılmalıdır. Kömək etmək istəyənlər bunu yalnız təmənnasız şəkildə etməlidirlər”, - deyə ilahiyyatçı qeyd edib.
Aygün Hüseyn, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri