Icma.az
close
up
RU
Yaş senzi mitinqləri Heydər Əliyevə olan xalq sevgisinin təzhürü

Yaş senzi mitinqləri Heydər Əliyevə olan xalq sevgisinin təzhürü

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın keçmişimizin həll olunmaz problemi olan Qarabağ münqaişəsi müasir Azərbaycanın qurucu lideri Azərbaycanın bütövlüyünyn təminatçısı ümummilli lider Heydər Əliyev və onun siyasi varisi Müzəffər Ali Baş Komandanın xalqa araxalanan siyasi iradəsi və dühası nəticəsində artıq tarixə çevrilmişdir. Münaqişə fonunda Azərbaycanda Milli Azadlıq Hərakatı başladı. Bu vaxtlar SSRİ rəhbərliyi Heydər Əiyevi siyasi fəaliyyətdən təcrid etməyə çalışırdı. Lakin Heydər Əliyevin ürəyi xalqı ilə birgə döyünürdü. Təəssüflə qeyd etməliyik ki, M.Qarbaçovun siyasi təcrid siyasətinə Azərbaycanın o vaxtki rəhbərliyi Ə.Vəzirov və Ayaz Mütəllibov da qoşuldu. Respublika rəhbərliyi onun gəlişində təşvişə düşərək onu siyasi fəaliyyətdən uzaqlaşdırmaq prezident seçkisində iştirakının qarşısını almaq məqsədi ilə Prezident seçkisi haqqında konstitusiya qanununa yuxarı yaş məhdudiyyəti qoyaraq 65 yaşından yuxarı şəxslərin Prezident seçkisində iştirakını qadağan etdilər.

Əlbəttdə Azərbaycan xalqının ürəyində Heydər Əliyevə qarşı olan xalq sevgisi onun bu hüquqi buxovlara boyun əyəcəyinə imkan verməzdi. Belə bir məqamda Ulu Öndərə xalq sevgisinin ilk təzahürləri görsənməyə başladı. Fədakar və cəsarətli insanlar artıq öz etirazlarını bildirmək üçün Qanunverici orqanın qarşısına toplaşmağa başladılar. Müasir Azərbaycan siyasi tarixinə Yaş Senzi mitinqləri kimi düşmüşdür. Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev Yaş senzi mitinqlərinin iştirakçıları barəsində deyir: “O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü və onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdir. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil edildi onlar öz sözünü dedi heç kimdən qorxmadılar. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi”.

Həmin hadislərədən otuz ildən çox vaxt keçir. Həmin hadisələrin tarixini əks elətdirən fotolara baxarkən burada iki azyaşlı uşaqlar görürük 8-12 yaşlarında əllərində Heydər Əliyevin portireti və Azərbaycanın üç rəngli bayrağı. Bu azyaşlı uşaqlar Tural və Ramin qardaşları əqidəli insan bütün həyatı boyu Heydər Əliyevin dövlətçilik prinsiplərinə sadiq qalan Arif Rüstəmovun övladlarıdır. Arif Rüstəmov bu mitinqin əsas təşkilatçılarından olub. Bu tarixi anları azyaşlı vaxtı iştirakçısı və şahidi olmuş Tural Rüstəmovla bu günki müsahibəmizdə həmin hadislərə işıq salacaq.

- Tural müəllim bu tarixi hadisələrə necə qoşulmuşdunuz bu barədə nə deyə bilərsiniz ?

- Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhv olmaq, vətəndaş qarşıdurması yaranmasının qarşısını almaq kimi müqəddəs bir missiyanı daşıyan dahi unudulmaz siyasətçidir. Atam Arif Rüstəmovun bizə aşılaması nəticəsində ailəmizdə bu fenomenal şəxsiyyətə böyük sevgi olub. Bunun nəticəsidir ki, biz ailə üzvülərimizlə birlikdə az yaşlı uşaq olarkən Heydər Əliyevə qarşı süni maneə kimi düşünülmüş Yaş senzi mitinqinin iştirakçısı olmuşuq. Atam bu işlərdə çox fəal idi. O, bütün maddi-mənəvi potensialını Heydər Əliyevin siyasi fəaliyyətinə qarşı yönəlmiş maneələrin aradan qalıdırlımasına yönəltmişdi. Cənab Prezidenti dediyi kimi həmin vaxtlar repressiya təhlükəsi çox böyük idi lakin biz bu repressiyaları gözə almışdıq.

- Həmin mitinqləri necə xatırlayırsınız?

Həmin hadisələr vaxtı mənim 8, qardaşım Raminin isə 12 yaşı var idi. Bu mitinqlərin əsas təşkilatçılarından biri atam Arif Rüstəmov idi. O, bizə aşılayırdı ki, Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilər, o gəlməsə Siz uşaqların da gələcəyi yoxdur. Əlbətdə biz azyaşlı uşaqlar hadisələrin siyasi mahiyyətini başa düşməsək də atamızın doğru yolda olduğuna inanırdıq və atamızla bir yerdə olmaqdan qürur duyurduq. O səbəbdən də indi fərəh hissi ilə baxdığımız o günlərdə Ulu Öndərin müdafiəsi ilə bağlı ilk mitnqdə mən əlimdə Azərbaycanın üç rəngli bayrağını tutmuşam. Hansı ki o bayrağı yüz ildən sonra Ümummili Lider yenidən Naxçıvanda qaldırıdı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev isə işğaldan azad olunmuş ərazilərdə qaldıraraq dövlətmizin suverenliyini bərpa etdi.

- Bildiyimizə görə Siz həmin mitinqlərdə xəsarət almısınız bu barədə nə deyə bilərsiniz?

- Bəli bu mitinqlərdə biz ailəlikcə davamlı olaraq iştirak edirdik. Bir müddətdən sonra bizə qarşı basqı etmək üçün hakimiyyətdə olan siyasi qüvvələr alternativ mitinqlər təşkil etdilər və hətta avtomat silahlarla oraya gəlmişdilər. Bu mitinqlərin birində mən ayağımdan xəsarət aldım və qarşıdurma burada fiziki zorakılığı çevrildi. Lakin biz mitinqi tərk etmədik. Bu mitinqlər Heydər Əliyevə olan xalq sevgisinin təzahüri idi. Bu şəxslərin fədakarlığı və cəsarəti sayəsində bu hərakat kütləvi xalq hərakatına çevrildi. Bizim davamlı mitinqlərimizdən sonra bu hərakat daha da genişləndi.

- Mənzilinizin yandırılması ilə bağlı məsələ barəsində də danışmağınızı xahiş edirik.

- Bəli sözügedən mitinqlərdə plakatların və şəkillərin bir hissəsi məhz bizim mənzildə hazırlanırdı. Həmin vaxtı hakimiyyətdə olan siyasi qüvvələr bizim mənzilimizi nəzarətə götürmüşdülər. Tez-tez atama xəbərdarlıq edirdilər ki mitinqlərə getməsi və az yaşlı uşaqlarını mitinqə aparmasın. Lakin atam bu təhdidlərə məhəl qoymurdu. Həmin dönmələrdə təəssüflə qeyd etməliyəm ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən mənzilimizə də basqın edilərək evimiz yandırılmışıdr. Elə düşünürdülər ki bu cür basqıdan sonra biz artıq ümummilli liderin müdafiəsindən əl çəkəcəyik. Lakin biz həqiqətin harad olduğunu bilirdik heç vaxt yolumuzdan dönmədik. Tarix göstərdiki bizim inandığımız ideallar Azərbaycanı işıqlı gələcəyə apardı.

- Tural Rüstəmov hazırda nə işlə məşğul olursunuz?

- Biz ailədə həmişə dövlətçilik prinsiplərinə sadiq olma duyğusu ilə böyümüşük. Heydər Əliyevin Azərbaycan polisi haqqında söylədiyi Azərbaycanın Daxili İşlər Nazirliyində sədaqətlə xidmət edən insanlar öz vətəndaşlıq borcuna sadiq qalmışlar, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmişlər, Azərbaycanın Daxili İşlər nazirliyi onun orqanları, Azərbaycan polisi yaxşı səviyyədədir və ümidvar olduğumu bildirmək istəyirəm ki, Daxili İşlər nazirliyinin bütün əməkdaşları qarşısında duran vəzifələrin hamısını şərəflə, layiqincə yerinə yetirəcəkdir.

Mən Heydər Əliyevin dediyi polis əməkdaşı olmaq məqəsdi ilə dövlətimizə xidmət etmək üçün polis orqanlarını seçmişəm və bununla fərəh duyuram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri