Icma.az
close
up
RU
Yasamal ictimaiyyəti Ulu Öndərin hakimiyyətə gəlişinin ildönümünü qeyd edir Fotolar

Yasamal ictimaiyyəti Ulu Öndərin hakimiyyətə gəlişinin ildönümünü qeyd edir Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yasamal rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi və Qərbi Azərbaycan mövzusunda tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Ümummilli Liderin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr edilmiş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” adlı tədbir baş tutub.

İlk olaraq Dövlət Himni səsləndirilib, Ulu Öndər və ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırmağın vacibliyindən danışıb. Sonra Ulu Öndərin ilk hakimiyyəti dövründəki fəaliyyətinə dair film nümayiş etdirilib.

Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də - 14 iyul 1969-cu il böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür.

Elşad Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi dahiliyi ondan ibarət idi ki, o, bütün addımlarını Azərbaycanın gələcək uğurlarına hesablayıb.

Belə ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük işlər görmüşdü: yeni sənayeləşmə siyasəti, gənclər üçün kütləvi təhsil imkanlarının yaradılması, aqrar islahatlar və sairə. O zaman Sovet respublikaları arasında Azərbaycan inkişaf səviyyəsinə görə son yerlərdən ön sıralara keçməyə nail olub.

Ulu Öndərin rəhbərliyinin ikinci dövründə isə tarixi hadisələr baş verdi. 90-cı illərin əvvəlini xatırlayanda, Azərbaycanın hansı fəlakətlə üzləşdiyini bir daha anlayırıq: bir tərəfdən erməni işğalçıları, digər tərəfdən daxili böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoyub. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürüb.1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtarıb.

İcra başçısı vurğulayıb ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini Prezident İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib.

Elşad Həsənov bildirib ki, Ulu Öndərin ideyaları hər birimiz üçün əzizdir. Bu gün ölkəmizdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən görülən işlər böyük miqyasdadır. Prezident İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondu Qarabağda tarixi abidələrimizin bərpasında böyük rol oynayır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Prezident İlham Əliyevin komandanlığı altında Qarabağın işğaldan azad edilməsi o torpaqlara yeni həyat qaytarıb. Qarabağda görülən quruculuq işləri qərbi azərbaycanlılarda qayıdışa inam hisslərini gücləndirib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişlənir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ümidvar olduğunu bildirib ki, sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə Ağkilsə kəndində Aşıq Ələsgərə ucaldılan abidə və müasir dövrdə Prezident İlham Əliyevin göstərişi ilə ustada Bakıda ucaldılan abidə tezliklə Qərbi Azərbaycanda bərpa ediləcək.

Daha sonra tədbirdə professor Misir Mərdanov, Milli Məclisin komitə sədrləri Musa Urud, Şahin İsmayılov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər natiqlər Qərbi Azərbaycan icmasının fəaliyyətinə dair çıxış ediblər. Bu mövzuya həsr edilmiş “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı baş tutub. 

“Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi iştirakçıların böyük marağına səbəb olub.

Kitab Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması faktlarını sənədləşdirərək, beynəlxalq hüquqa ünvanlanmış faktoloji bazanı gücləndirir. Bu cinayət aktları – yalnız mədəni vandalizm deyil, həm də bəşəri dəyərlərə qarşı yönəlmiş məqsədli siyasətdir.

Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan heç vaxt bu faktları unutmayacaq və bu hüquqların bərpası üçün sonadək mübarizə aparacaq. Təqdim olunan kitab bu yolda elmi və hüquqi cəbhənin silahı rolunu oynayır.

Tədbir iştirakçıları, habelə Qərbi Azərbaycan mövzusuna həsr edilmiş videofilmə baxış keçiriblər. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Fəxri fərmanlar və partiya biletləri təqdim edilib. 






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri