Yasamal ictimaiyyəti Ulu Öndərin Konstitusiyamızın qəbulunda tarixi rolunu qeyd edir FOTOLAR
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı rayon konfransı keçirilib.
"Unikal" xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, sonra isə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova müasir Azərbaycan tarixində 30 il öncə qəbul edilmiş əsas qanunun siyasi, hüquqi və dövlətçilik əhəmiyyətindən söz açdı. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş konstitusiya Azərbaycan dövlətçiliyinin əsas hüquqi təməlinə çevrildi. Sonra tədbir iştirakçıları Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən qısa metrajlı filmə baxış keçirdilər.
Daha sonra nitqlə çıxış edən BDU-nun professoru Zahid Cəfərov və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 1995-ci ildə Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş konstitusiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində xüsusi əhəmiyyətinə dair fikir və mülahizələri ilə bölüşdülər.
Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi təməlini, cəmiyyətimizin inkişaf istiqamətlərini və vətəndaşlarımızın hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi sənəddir. Bu möhtəşəm sənədin yaranması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Natiq xatırlatdı ki,1990-cı illərin əvvəllərində ölkəmiz ağır sınaqlarla üz-üzə qalmışdı: siyasi qeyri-sabitlik, iqtisadi böhran, hüquqi boşluq və dövlətçiliyə real təhlükələr mövcud idi. Məhz belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi və onun möhkəm əsaslar üzərində qurulmasını təmin etdi.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun parlaq nümunəsidir. Bu Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etdi, hakimiyyət bölgüsü prinsipini təsbit etdi və milli maraqlara əsaslanan idarəçilik modelini formalaşdırdı.
Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü, müasir və qalib dövlətə çevrilmişdir. Natiq cənab Prezidenti ad gün münasibətilə Yasamal rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edərək, möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəala fəxri fərmanlar təqdim edildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















