Yasamal yanğınında zəhərlənənlərin vəziyyəti açıqlanıb: 7 nəfər hələ də müalicə olunur
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ötən gün Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Kliniki Tibbi Mərkəzdən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda isə 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, bir nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:Yasamal yanğınında zəhərlənənlərin vəziyyəti açıqlanıb: 7 nəfər hələ də müalicə olunur
22 Noyabr 2025 11:01
Tovuzda peşə məktəbində zəhərlənənlərin vəziyyəti açıqlanıb
25 Dekabr 2024 09:58
Yasamal rayonunda obyekt yandı
27 Aprel 2025 18:19
Yasamal ictimaiyyəti də şəhidlərimizi yad etdi Fotolar
27 Sentyabr 2025 16:40
Yasamal rayonunda 20 min manatlıq
09 Aprel 2025 17:47
Baxış sayı:25
Bu xəbər 22 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















