Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib, ölən var.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Bundan başqa, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər 2010-cu il təvəllüdlü vətəndaşın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:16 yaşlı yeniyetmə öldü, yaralılar var Yasamalda evdə partlayış
04 İyul 2026 11:07
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
10 İyul 2026 17:55
FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
04 İyul 2026 10:55
Yasamalda 65 yaşlı kişi dərmandan zəhərlənərək ölüb
29 Dekabr 2025 11:19
Yasamalda 57 yaşlı kişi skuterden yıxılaraq ölüb
02 Sentyabr 2026 12:33
Baxış sayı:185
Bu xəbər 04 İyul 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















